Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Akademik Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsi barədə düşüncələr

Akademik Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsi barədə düşüncələr

Bakı, 19 iyul, AZƏRTAC

Dünya Azərbaycanlılarının IV Qurultayı bu il iyunun 3-4-də Bakı şəhərində uğurla keçirildi. Bu qurultaydan sonra iki əlamətdar tədbir - Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı və diasporun yaranması günləri qeyd edildi. Əslində bunlar eyni amallar üçün göstərilən təşəbbüslərin bir mərkəzdən həyata keçirilməsini təmin edən qurumlardır. Dövrümüzün reallıqlarına uyğun olaraq qarşımızda duran vəzifələrin həyata keçirilməsi metodikasında bəzi məqamları akademik Ramiz Mehdiyevin də ifadə etdiyi meyarlar çərçivəsində dəyərləndirməyi vacib hesab edirəm.

Məsələyə bir həqiqətə diqqət çəkərək başlamaq istərdim. Dünyada soydaşlıq, vətəndaşlıq fəaliyyətini istiqamətləndirən diaspor quruculuğunun tarixi nöqteyi-nəzərindən yanaşsaq Azərbaycan çox gənc dövlətdir. Yəni, digər xalqların diaspor tarixi ilə müqayisədə Azərbaycanın diaspor tarixi yeni formalaşır. Azərbaycan diaspor təşkilatlarının yeni yaranmasına baxmayaraq, biz bu illərdə xeyli uğurlar əldə etmişik. Digər tərəfdən, özümüzü çox gənc, dinamik və eyni zamanda, yaşadığımız dünyanın dilini, mübarizə metodlarının xüsusiyyətlərini və üsullarını uğurla əldə etmənin təsirli vasitələrini ən optimal şəkildə ortaya qoyan tərəf olaraq görməliyik.

Erməni diaspor təşkilatlarının yalan və uydurma iddialar üzərində qurmağa çalışdığı tarix əslində bizim xeyrimizədir. Uzun və kəşməkəşli bir mübarizədə qarşımıza çıxan bütün maneələri aşaraq öndə olmağa potensialımız var. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi 15 ildir qurulmasına baxmayaraq, dünyanın müxtəlif dövlətlərində 462 diaspor təşkilatı ilə əməkdaşlıq edir.

Akademik Ramiz Mehdiyev cəbhə bölgəsində aprel müharibəsindən sonrakı dövrü dəyərləndirərkən “Cəbhə xəttindəki aprel hadisələri və onun bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ də kimlərinsə “həll olunmamış” hesab etdiyi “bizim torpaqları kim işğal edib – Qarabağ “patriotları” yoxsa, Ermənistan silahlı qüvvələri? Qarabağ müharibəsi lokal separatçı hərəkatdır, yoxsa xaricdən yönləndirilmiş qonşu dövlətin böyük miqyaslı təcavüzünün nəticəsi?” suallarına aydın cavab verdi.

Həqiqətən də məlum faktın dünya ictimaiyyətinə çatdırılmasında bizim aktiv fəaliyyət göstərə bilməməyimiz yox, erməni diaspor təşkilatlarının yalan və iftiraları səbəbi ilə etibarsız informasiyalar xeyli artdı. Akademik Ramiz Mehdiyevin yazdığı kimi, erməni lobbisi uzun illər bütün səviyyələrdə sübut etməyə çalışırdı ki, Qarabağ münaqişəsi “Qarabağ ermənilərinin azadlıq hərəkatıdır”. Halbuki Dağlıq Qarabağın erməni icması Ermənistandan və xaricdən kömək olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal etmək gücündə deyildi. Bu baxımdan diaspor Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynamalıdır. Diaspor xarici vətəndaşlara Qarabağ münaqişəsinin əsl səbəblərini başa salmalı, xalqımızın tolerantlığını və vətənpərvərliyini onların diqqətinə çatdırmalıdır.

Diaspor xarici vətəndaşlara xüsusilə Azərbaycanın tolerantlıq ənənəsini çatdırmaqda çətinliklə qarşılaşmır. Azərbaycan dünyada qonaqpərvərlik, dinlərarası dialoq və insani dəyərləri ilə tanınan bir ölkədir. Şübhəsiz ki, son illərdə Azərbaycanda böyük uğurla həyata keçirilən beynəlxalq tədbirlərin də bu sahədə xüsusi əhəmiyyəti olduğunu qeyd etməliyik.

Yaranmış bütün fürsətlərin beynəlxalq müstəvidə ölkəmizin həqiqətlərinin ifadə edilməsi arenasına çevrilməsi üçün xaricdə yaşayan biz azərbaycanlıların üzərinə böyük vəzifələr düşür. Ortaq qayəmiz olan vətən torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsi, dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlıların əsas hədəfi və müştərək arzusudur.

Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500 nümayəndə iştirak edib və iki gün davam edən rəsmi və qeyri-rəsmi görüşlərdə həmin hədəflər haqqında müzakirələr aparıblar. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı nitqində dövlətimizin bizdən nələr gözlədiyini konkret tezislərlə ortaya qoydu. Qurultay vətəndaş məsuliyyətinin bizdə yaratdığı əhval-ruhiyyə və qələbə əzmi ilə işini başa çatdırdı. Qurultayın bitməsindən bir aydan çox vaxt ötsə də, Prezident İlham Əliyevin dediyi sözlər biz xaricdə yaşayan azərbaycanlıların hafizəsindədir.

Azərbaycanın reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni diaspor təşkilatlarının olduğu aydın məsələdir. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə, media ilə ciddi iş aparılmalıdır. Biz çalışmalıyıq ki, xarici ölkələrdə azərbaycanlı jurnalistlər yetişsin və müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz vətənlərini müdafiə edəcək, həqiqətləri yaşadıqları ölkələrin ictimai rəyinin diqqətinə çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan və necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə öyrənə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, ictimai fikri də o istiqamətdə dəyişmək mümkündür. İctimai rəyin formalaşmasında aktiv fəaliyyət göstərən diaspor nümayəndələrinin üzərinə ciddi vəzifələr düşür.

Azərbaycan diaspor təşkilatlarının qarşısında duran vəzifələrə toxunan akademik Ramiz Mehdiyev yazır: “Bugünkü diaspor təkcə bu və ya digər səbəblərdən xaricdə yaşayan həmvətənlər deyil”. Diaspor haqqında yazılan və danışılan bütün məsələlərə dair ən konkret və doğru yanaşma bu fikirdə əksini tapıb. Eyni zamanda, bu məqalədə “diasporun sistemli fəaliyyəti necə təşkil edilməlidir” sualına da cavab verilib. Diaspor üzvü olmaq sadəcə xaricdə yaşamaq deyil, hətta xaricdə yaşayaraq ölkəyə və dövlətə düşmən münasibətlə zərər vuranlar belə az deyil. Bu cür hallar Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin diqqətindən kənarda qalmamalıdır. Çünki yaşadığımız ölkələrdə mövcud olan diplomatik nümayəndəliklərlə qurduğumuz dialoq bizlər üçün nə qədər əhəmiyyət kəsb etsə də, Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əməkdaşlıq imkanlarımızı mütəmadi olaraq genişləndirməliyik. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurlu hesab edirəm. Komitə sədri Nazim İbrahimov səmimi, təkəbbürdən uzaq, tənqidə və yeni fikirlərə diqqət yetirən şəxsdir. Bir çox insanlarla qurduğu şəxsi dialoqlar sayəsində Azərbaycan diasporuna güc və rəng qazandırır. Bütün uğurlara rəğmən Komitənin işində müəyyən çətinliklər də var və bu məsələni xüsusilə qeyd etmək istəyirəm.

Biz, xaricdə yaşayan azərbaycanlılar sadəcə diplomatik nümayəndəliklərimizlə dialoq qurmaq problemi yaşamırıq, (bu məsələ Prezident İlham Əliyev tərəfindən qurultayda dilə gətirildi) eyni zamanda, öz aramızda da problemlər yaşayırıq. Bəzi hallarda şəxsi subyektiv fikirlərini milli məsələlərin üzərində görənlər dövlət mənafeyinə zərər vurduqlarını düşünmədən (əslində bəzən də istəməyərək) davrananlar vardır. Torpaqları Ermənistan tərəfindən işğal edilən bir dövlətin xarici ölkələrdəki nümayəndələri olaraq bəzən öz aramızdakı mənasız fikir ayrılığına enerjimizi sərf edərək əsas məqsəddən uzaqlaşma halları ilə qarşılaşırıq. Hər birimiz özümüzü haqlı bildiyimiz bu şəxsi kiçik məsələlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin tərəf tutmasını istəyirik və ona görə də Komitə haqqında müsbət və yaxud mənfi fikirlərimizi bəyan edirik. Bəli, təəssüf ki, bir milyondan çox qaçqını və məcburi köçkünü olan, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilən biz – Azərbaycan diasporunun üzvlərinin çoxu bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, haqq işimizi təbliğ etmək əvəzinə, bəzi hallarda vaxtımızı və enerjimizi əhəmiyyətsiz işlərə sərf edirik.

Diaspor fəaliyyətində mövcud olan bəzi problemlərin həll edilməsi üçün xaricdəki azərbaycanlıların ilk növbədə bir həqiqətlə razılaşması lazımdır ki, yaşadığımız ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağın yeganə yolu özümüzü cəmiyyətə qəbul etdirməkdir. Yəni, inteqrasiya prosesini uğurla nəticələndirməliyik. Yalnız bu prosesin ən təhlükəli məqamı inteqrasiyadan bəhs edərkən assimilyasiya olmaq məsələsidir. Yeni dəyərlərə sahib çıxarkən, mövcud milli dəyərlərimizi qətiyyən itirməməliyik. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev bu təhlükəni diqqətə alaraq ana dilində məktəblər, mətbu orqanlar, internet səhifələri açılmasının əhəmiyyətini xüsusi olaraq qeyd edib. Başqa sözlə desək, xarici ölkələrdə yaşayan həmvətənlərimizin önə çıxmasına şərait yaratmalıyıq. Dost-tanış münasibətlərinə görə önə çıxarılan və yaxud ənənəvi qaydada köhnə və heç bir ciddi fəaliyyəti olmayan təşkilatlar ləğv edilməlidir. Şübhəsiz, bu günə qədər çətin şəraitdə fəaliyyət göstərən, konkret iş görən hər bir insan qiymətlidir, amma dünyada siyasət adlı oyun artıq yeni dünya düzəninin qanunlarına görə oynanılır. Bizim də bu cür potensiala sahib olan insanlarımıza, xüsusilə də gənclərimizə dəstək verərək onları önə çıxarmamız lazımdır.

Diasporun əsas hədəflərindən biri nüfuzlu beynəlxalq təşkilatlarla yaxşı münasibətlər qurmaqdır. Bu sahədə xeyli iş görüldüyünü xüsusilə vurğulamaq istəyirəm. 2014-cü ildə Oksford Bələdiyyə Sarayında “Socrates” mükafatını aldığım zaman doğulduğum ölkəmin adı salonda alqışlarla qarşılananda, 2015-ci ildə BMT-nin Cenevrədə keçirilən qlobal alyans toplantısında dünyanın Vətənimin həqiqətlərindən xəbərdar olduğunu görəndə xeyli qürurlanmışdım. Ancaq məni ən çox qürurlandıran Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi (NGBM) tərəfindən həyata keçirilən tədbir oldu. Böyük düşüncə sahibi olan insanları kiçik bir ölkədə bir araya toplayan Vətənimizlə qürur duydum. “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparıldı. Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmail Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak edirdilər.

Mərkəzin VIII ali toplantısında dünyanın müxtəlif ölkələrindən yeddi dövlət başçısı, beş baş nazir və dəyərli siyasət adamlarını bir araya gətirən “beyin fırtınası”nda dünyanın aktual problemləri müzakirə edilirdi. Şübhəsiz ki, münaqişəli bölgələrlə və ümumiyyətlə, dünyanın qarşılaşdığı problemlərlə bağlı irəli sürülən fikirlər fərqli baxışları ortaya çıxardı. Başqa sözlə desək, yeni strategiyalar müzakirə edildi. Müzakirə böyük dövlətlərə digər dövlətlərin səsini, düşüncələrini təqdim etmək məqsədini daşıyırdı. Böyük dövlətlər tərəfindən irəli sürülən ideyaların siyasi və iqtisadi cəhətdən iflasa uğramasının əsl səbəbi digər dövlətlərin səsini və fikrini dinləmək istəməmək, başqa sözlə desək, uzaqdan idarəetmə ilə hadisələrə müdaxilə gücünə sahib olduqları hissinə qapılmalarıdır.

Dünyanın hazırkı vəziyyəti fərqli bir yanaşmanı ortaya çıxardı. Böyük dövlətlərin bölgə siyasətlərinin formalaşmasında yerli digər dövlətlərin strateji yanaşmadan maksimim səviyyədə istifadə etməsi zəruri oldu. Yəni, klassik böhranlar nəticəsində ortaya çıxan tıxanma (siyasi, iqtisadi, humanitar) böyük dövlətləri çətin vəziyyətə saldı. Böyük dövlətlər rasional düşüncələrin məcmusuna (“beyin fırtınaları”nın ortaya çıxardığı məhsullara) ciddi ehtiyac duyurlar. Bütün bunları ifadə etməkdə məqsədim Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçirilən toplantının mahiyyətini və əhəmiyyətini göstərməkdir. Toplantıda dünyanı narahat edən təhlükələr, mövcud böhranlardan çıxış yolları müzakirə edildi. Azərbaycanın belə bir düşüncə mərkəzinə sahib olması dövlətin xarici siyasəti üçün ciddi uğurdur. Belə mərkəzlər milli mənafelər, dövlətçilik üçün uzun zamanda siyasi divident gətirən qurumlardır. Unutmamalıyıq ki, dünyada hadisələr heç də proqramlaşdırılmış şəkildə cərəyan etmir. “Soyuq müharibə”dən sonra dünyanın bütün dövlətlərinə ABŞ tərəfindən təlqin edilən təkqütblü (ABŞ-ın liderliyində) sistemin (Çin və Hindistanın yüksəlişi nəticəsində) yaranmadan süqut etdiyinin şahidi olduq. Artıq ABŞ-ın strateq və siyasətşünasları çoxqütblü dünya terminindən daha çox istifadə edirlər.

Azərbaycan coğrafi və geosiyasi mövqeyinə görə əhəmiyyətli ölkədir. Böyük dövlətlərin əməkdaşlıq etdiyi əmsalsız tarazlıq vasitəsi xüsusiyyətlərinə sahibdir. Güc tarazlığının pozulması səbəbindən dünyada problemlər artır. Problemlərin həlli üçün istifadə edilən ən təsirli mexanizm isə böyük dövlətlərin ehtiyac duyduğu orbital ölkələrdir. İqtisadi və siyasi gücü yüksək səviyyədə olan hər hansı bir böyük dövlət orbital dövlətlər olmadan inkişafını təmin edə bilməz. Azərbaycan sadəcə özü üçün deyil, bölgənin və dünyanın tarazlığı üçün də əhəmiyyətli bir gücdür. Azərbaycan diaspor təşkilatları da bu gücü hiss edərək fəaliyyətinə davam etməlidir. Bu fəaliyyətin uğurlu nəticələr verdiyini görürük.

Bəziləri tərəfindən tənqid edilən “Dünya azərbaycanlıları” ifadəsinə gəlincə, bu ifadəni coğrafi aidiyyət duyğumuzu birləşdirən əhəmiyyətli ortaq dəyər kimi görürəm. Azərbaycan əsrlər boyu Vətənimiz olmuş və olmaqda davam edir. Ötən il İsveç parlamentində Xocalı soyqırımı haqqında məruzə edərkən (İsveç parlamentində ilk dəfə belə tədbir keçirdiyi üçün diaspor təşkilatımızı təbrik edirəm) mənimlə bərabər, İsraildən Arye Qut da vardı və qətiyyətlə Xocalıya ədalət tələb edirdi. Eyni zamanda, Azərbaycandan olan bir çox həmyerlimiz də etnik kimliyinin deyil, coğrafi kimliyinin yaratdığı məsuliyyət hissi ilə bu istiqamətdə fəaliyyət göstərir. Onların diaspor təşkilatlarımızda yer alması dövlətimizin tolerant multikultural siyasət həyata keçirməsinin bariz nümunəsidir. Həmyerlilik bağlarımız vətəndaşlıq məsuliyyəti ilə gücləndirilməlidir. Azərbaycan ətrafında birləşmək, bu birliyə xidmət etmək Vətənə olan borcumuz və vətəndaşlıq vəzifəmizdir. Diaspor fəaliyyəti də əslində elə budur.

Akademik Ramiz Mehdiyevə görə, “Azərbaycan diasporu yaşadığı yerdə çox məsələnin həllinə nail ola biləcək güclü ictimai-siyasi qüvvədir. Diaspor milli mənafelərimizin müdafiəsi, potensial müttəfiqlər və tərəfdaşlar uğrunda mübarizədə forpostdur”.

Postqlobalizmdən fərqli olaraq non-profit (kommersiya məqsədi güdməyən) təşkilatlar hazırda qloballaşan dünyanın ən fəal qurumlarıdır. İctimai-siyasi həyatda nüfuzlu qüvvəyə sahib olmaq üçün bu təşkilatlarda yer almalı, hətta yaşadığımız ölkələrdə bu təşkilatlarda rəhbər vəzifələrə sahib olmalıyıq.

Akademik Ramiz Mehdiyev məqaləsini “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlandırıb. Bu məqalə sadəcə müasir çağırışlara sistemli fəaliyyətlərlə cavab verildiyi zaman uğurlu nəticələr əldə etməyin mümkün olduğu mesajını verməklə kifayətlənmir, eyni zamanda, bu sahədə qarşıda duran vəzifələrin strategiyasını ortaya qoyur. Başqa sözlə desək, diaspor fəaliyyətimizin yol xəritəsini cızır.

Son dərəcə yerində olan bu fikirlərə əlavə edəcəyim tək fikir dünyanın harasında olduğundan asılı olmayaraq Vətəni – Azərbaycanı düşünmək, onun həqiqətlərinin ifadəsinə nail olmaq və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bilmək uğurlu nəticəyə aparan yoldur, inşa etdiyimiz məfkurənin daşı-torpağıdır. Qarabağdır..., Zəngəzurdur..., Qərbi Azərbaycandır..., o taylı, bu taylı Vətəndir.

Aygün Attar

Türkiyənin Giresun Universiteti tarix kafedrasının rəhbəri, professor,

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatlığını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir