Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Alban çarlığının üç türk toponimi haqqında: Syunik, Sisian/Sisakan və Qarqarlar

Bakı, 21 oktyabr, AZƏRTAC

Ölkənin daxili və xarici siyasətinə yorulmadan rəhbərlik edən, işğaldan azad edilmiş ərazilərdə bərpa işinə çox böyük diqqət yetirən Prezident İlham Əliyev, eyni zamanda tarixə ekskurs edilməsini də zəruri sayır. Dövlətimizin başçısı toponimlərimizin əzəli mənşəyinin məlum səbəblər üzündən çox vaxt təhriflərə məruz qalması, nəticədə tarixin təhrif olunması faktlarına xüsusi diqqət yetirir. Prezident bu yaxınlarda “France 24” telekanalına verdiyi müsahibədə deyib: “Hər bir ölkə kimi, biz də tariximizi bilməliyik, gənc nəsil qədim tariximizi bilməlidir”. Tarixi təcrübədən məlumdur ki, informasiya müharibəsi silahlı münaqişələrdən əvvəl də, belə münaqişələr dövründə də, onlardan sonra da aktualdır. Buna görə də Prezident İlham Əliyevin bu mövzuda dedikləri məlumatlılığa formal yanaşma deyil, tarixi biliklərin hər bir azərbaycanlı üçün, xüsusən gənclər üçün aktual olmasını vurğulamaqdır.

Bu fikirlər tarix elmləri doktoru Həsən Həsənovun AZƏRTAC-a təqdim etdiyi “Alban çarlığının üç türk toponimi haqqında: Syunik, Sisian/Sisakan və Qarqarlar” sərlövhəli məqaləsində yer alıb. Müəllif yazır:

“Biz bu məqalədə bəzi tarixi Azərbaycan toponimlərinin həqiqi mənşəyini dəqiqləşdirməyə çalışacağıq. Onlar bir sıra səbəblərə görə hazırda Ermənistan Respublikasının ərazisində qalıb və təhrif olunmayıb. Alban çarlığının tarixi nə qədər öyrənilmiş olsa da bir sıra problemlər hələ də öz aktuallığını saxlayır. Qafqaz Albaniyası dövrünə aid Sisak və Sisakan, Syunnu və Syunik, Qarqarlar və Qarqariya kimi anlayışların daha dəqiq identifikasiya edilməsinə ehtiyac duyulur. Syunik dedikdə bütün müasir Qərbi Zəngəzur nəzərdə tutulur, Sisakan isə bu regionda bir şəhər adıdır. Qarqarlar torpağı X əsrdən Aran, XVIII əsrdən Aran Qarabağ və ya sadəcə Qarabağ adı daşıyan ərazidir.

Əsas etibarilə ermənidilli, qədim türk, antik və Çin mənbələrinə istinad etməklə bu adların mənbələri və onların arasında genealoji əlaqələr barədə qısa informasiya təqdim edirik.

“Sak” etnonimi “Sisak” antroponiminin əsas komponentidir. Alban tarixçisi M.Kaqankaytukskinin (VII-X əsrlər) və erməni tarixçisi M.Xorenskinin (V-VII əsrlər) fikrincə, bu etnonimin daşıyıcısı birinci Alban çar sülaləsinin əcdadları olub. Herodota görə, fars mənbələrindəki “Saka” etnonimi yunan mənbələrindəki “skiflər” etnoniminə identikdir. Skif-sakların bizim tarix üçün vacibliyi onunla müəyyən edilir ki, Roma tarixçisi Ammian Martsellinə görə (IV əsr) bizim eradan əvvəl 612-ci ildə Assuriya imperiyasının dağılması nəticəsində onlar Atropatena adlı ölkə yaradıblar. Karxi de bet Seloxun Suriya xronikasında (V əsr) bu ölkə Adorbayqan adlanır.

Məqalənin sərlövhəsində göstərilən üç addan ikisi, daha dəqiq desək Sisakan və Syunik hazırda Ermənistan Respublikasının ərazisində yerləşir. VI əsr bizanslı müəllif Zaxariya Mitilenski yazır ki, Syunik bölgəsində yaşayan sisakanların öz dili olub və onlar bütpərəst olublar. Bizanslı tarixçi Prokopi Kesariyski isə (490-565-ci illər) göstərir ki, syunitlər, daha dəqiq desək syuniklər ermənilərə aidiyyəti olmayan ayrıca xalq idi. Erməni tarixçisi Yepiskop Sebeos (VII əsr) Sasani imperiyası dövrünün hadisələrini (571-ci il) təsvir edərkən bu fikri təsdiqləyərək yazır: “Syuniklər ölkəsinin knyazı Vahan hiddətlənərək ermənilərdən ayrıldı və İran şahı Xosrovdan Syunik vilayətinin idarəsini Dvinddən Paytakaran şəhərinə köçürməyə və onların şəhərini Atropatakanın sərhədlərinə daxil etməyə icazə istədi ki, onlar bundan sonra erməni adlanmasınlar. Onun xahişi yerinə yetirildi”.

İlk iki Bizans mənbəyindən və xüsusən ermənidilli üçüncü mənbədən birmənalı şəkildə belə çıxır ki, bu halda söhbət sadəcə Sünikin və Ermənistanın fərqlərindən deyil, Sünikin bundan sonra erməni adlanmamasından gedir. Alban çarlarının əcdadı Sisakın mənşə etibarilə syun olması M.Xorenskinin məlumatından irəli gəlir. O qeyd edir ki, Sisak öz “syunnu” xalqının adı ilə ölkəyə Syunik adı verdi.

Qərbi Zəngəzur ərazisində, müasir Ermənistanın Syunik vilayətində Sisian adlı şəhər var. İlk mənbələrdə bu ad Sisakan formasında işlədilir və üç komponentdən ibarətdir. Mahmud Kaşğariyə görə, “Si” türk dillərində “qalib gəlmək (düşmənə)”, “sak” komponenti skiflərin adlarının bir versiyasıdır. Onların qədim Azərbaycan ərazisində yaşaması onlarca antik və qədim mənbələrdə qeyd olunur. “An” komponenti toponim yaradan suffiksdir. Beləliklə, Sisak “qalib Sak”, Sisakan toponimi isə “qalib sakların diyarı” deməkdir. M.Kaqankaytukski qeyd edir ki, birinci alban çarı Aran Sisaklar, yəni “qalib saklar” nəslindən olub.

Yuxarıda qeyd etdik ki, syunnu Albaniyada yaşamış və genealoji baxımdan ermənilərə aidiyyəti olmayan xalqlardan birinin adıdır. Bəs bu xalq kim olub və qədim mənbələrdə onların barəsində nə deyilir? Syunnu Asiyada xunnu, Avropada isə xunn/hunn adlanan xalqdır. “Xu” və ya “syunnu” xalqı haqqında məlumatlar eramızdan əvvəl I minilliyə aiddir. Onların basqınlarından müdafiə olunmaq üçün Böyük Çin Səddi tikilib. Çin tarixçisi Sıma Tsyan (eramızdan əvvəl 145-86-cı illər) yazır ki, onların hökmdarı Modenin dövründə (eramızdan əvvəl III əsr) imperiya çox qüdrətli olub. Çin mənbələrinə görə, bu hökmdar “Şanyuy Mode” “Göydən gəlmiş böyük Şanıoy Xunnu”, həmçinin “Çenli qudu/Səma oğlu” adlandırıldı. Bu, qədim türk “Tanrı qutu/Səmadan doğulmuş” adına müvafiqdir. Alimlər müəyyən ediblər ki, syunnu-hunnlar birmənalı olaraq türk xalqıdır (“syunnu-hunn” xalqı barədə ən geniş yayılmış sonuncu araşdırma rusiyalı linqvist alim, filologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü A.V.Dıbo tərəfindən aparılıb). Biz müqayisə üçün yalnız bir, lakin çox mühüm nümunə gətirəcəyik: çinlilər syunnu dilindəki “səma” sözünü Tanrı - səma, Allah formasında yazıblar. Bu, türkcə təngri - səma, Allah sözünə həmahəngdir. Çin Liday mənbəyinə görə qetszu çjuatszın huybyan, “syunnular öz adətlərinə görə qüruru və gücü hər şeydən uca tuturlar”. Buna oxşar vəziyyəti “syuni ölkəsinin knyazı Vahanın hərəkətlərində də müşahidə etmək olar, bu barədə yuxarıda demişdik.

Eramızdan əvvəl III əsrdən məlum olan və Çinin şimal sərhədlərində yerləşən Xunnu/Syunnu dövləti Çin ilə müharibələr, habelə tayfalararası çəkişmələr nəticəsində eramızdan əvvəl 50-ci ilə yaxın iki hissəyə parçalandı: Şərqdə qalan xunnular Çin imperatorunun himayədarlığını qəbul etdilər, xunnuların/syunnuların digər hissəsi isə sıxışdırılıb oradan çıxarıldı və Qərbə tərəf getdi. Qədim yunan coğrafiyaşünası Dionisi Periyeget (II əsr) eramızın 125-ci ilində onların Xəzər dənizi regionuna gəlməsi barədə məlumat verib: “İndi mən şimal-qərb tərəfdən başlayaraq Xəzər dənizinin ətrafında hansı tafyaların yaşaması barədə hər şeyi danışacağam. Birinci sfiklərdir, onlar Xəzər dənizinin sahillərində məskunlaşıblar; sonra xunnular, onların ardınca xəzərilər, daha sonra döyüşkən albanlar...” Beləliklə, Xəzər dənizi regionunda, Albaniyada “xunnu/syunnu” adı ilə məşhur olan xalq yaranıb.

Müasir dövrdə “syunik” adı ilə alban çarlığının hazırda müasir Ermənistan ərazisində yerləşən bir regionu var. “Sünük, Çünük” qədim türk sözüdür. Mahmud Kaşğariyə görə, bu söz “Şərq çinarı” deməkdir. “Syunik” toponiminə gəldikdə isə, o eyni zamanda həm oronim (“çinar” deməkdir), həm də etnotoponimdir (syunnu xalqının adı). “Sünük” yerinin adı burada eyniadlı xalqın yaşamasını göstərməklə bərabər, həm də “Şərq çinarı” adı ilə bağlıdır. Bu, həmin ərazidə təbii Şərq çinarı meşəsinin olması ilə əlaqəlidir. Alban çarlığı dövründən mövcud olmuş təbii Şərq çinarı meşəsi hazırda 200 hektardan çox ərazini əhatə edir. Onun bir hissəsi Şərqi Zəngəzur regionunda, Bəsitçay təbii dövlət qoruğunda, Azərbaycanın Zəngilan rayonunda, digər hissəsi isə Qərbi Zəngəzur regionunda, müasir Ermənistanın Sünik vilayətində Şikahoq qoruğunun tərkibindədir.

Belə bir təbii sual yaranır: nə üçün hunnların/syunnuların etnonimi ağac anlayışına oxşayır? Bu suala iki ilk mənbədə verilən məlumatların köməyi ilə cavab verməyə çalışacağıq. XVIII əsr müəllifi A.Rəşidəddin özünün “Oğuznamə” əsərində bildirir ki, hərbi yürüşlərin birində qadın “ağacın koğuşunda” uşaq doğub və Oğuz xan həmin uşağın adını Qıpçaq qoyub, “ona görə ki, Qıpçaq adı kabuk (qabıq) sözündən yaranıb. Türk dilində içərisi oyulmuş ağacı belə adlandırırlar. Digər türk müəlliflərin fikrincə, bütün qıpçaq tayfaları həmin Qıpçaqdan yaranıblar” bu halda biz türk mənbələrindən götürülmüş nümunə göstərdik, etnonim ağacın xüsusiyyətləri ilə əlaqələndirilir. Alban tarixçisi M.Kaqankaytukski hun ənənələrində ağacın sakral olmasını bildirir. O yazırdı ki, hunnular bütpərəst olublar, çoxallahlılığa etiqad ediblər, lakin onlar “cəlbedici taclı müqəddəs ağaca xüsusi hörmət bəsləyir, atları bu ağaca qurban kəsir və qurbanlıq heyvanın qanını onun üstünə səpirdilər. Bu ağac sanki bütün başqa uca, sıx yarpaqlı, digər allahlara həsr edilmiş ağacların başçısı və anası idi. Hunnular ölkəsində çoxları palıdı/çinarı başqa allahların xilaskarı, insana həyat və hər cür nemətlər bəxş edən ağac hesab edirdilər”.

Beləliklə, müəyyən edilib ki, “qalib saklar” mənasını verən Sisak eyni zamanda xalqın adıdır və xüsusi isimdir. Sisakın “qalib saklar ölkəsi” deməkdir. Qədim dövrdə bu söz bir regionun adı olub, müasir dövrdə isə, indiki Ermənistanda şəhər adıdır. Hazırda Ermənistan Respublikasında bir vilayət kimi məşhur olan Syunik qədim dövrdə Albaniyada yaşayan xalqın etnonimi, həmçinin Syunni ölkəsi demək idi. Bununla bərabər, biz müəyyən etmişik ki, “Sünük” adı, eyni zamanda, “Şərq çinarı” deməkdir. Bir məqama diqqət yetirmək lazımdır ki, hunnular/xunnular/syunnular bütpərəst olub, ağaca etiqad bəsləyiblər. İlk mənbələrdə göstərilir ki, həm syunnu xalqı, həm də sisak xalqı erməni mənşəli olmayıb, hunların öz dili və öz dini etiqadı olub.

Albaniyada yer adını və xalqın adını bildirən Qarqar anlayışı da Albaniyadakı Sünik adlı ərazi və Alban xalqı ilə birbaşa bağlıdır. Erməni coğrafiyaçısı Vardan Areveltsi (XIII əsr) qismən öz dövrünün tələblərini nəzərə alaraq tarixi Alban çarlığının ərazisini iki hissədə təsvir edir: “Şirvan” və “Şəki”. Qeyd etmək lazımdır ki, Vardanın çoxlu sayda əlyazmaları qorunub saxlanılır. Bütün əlyazmalarda həmin hissələrdən biri, daha dəqiq desək şimal hissə “Albaniya Şirvandır”, yəni müasir Şirvan adlanır. Üç əlyazmada digər hissə barəsində “Qarqarlar ölkəsi Albaniyadır” sözləri, qalan əlyazmalarda isə “Qarqarlar ölkəsi Şəkidir” sözləri yazılıb. Qərbi Zəngəzur regionunda, müasir Ermənistanın Sünik vilayətində Sisian/Sisakan şəhəri ilə yanaşı, Şəki adlı kənd də qalır. Hər iki ad “saklar” etnonimini əks etdirir. Qarqariya - Şəki anlayışlarının identik olması barədə Vardan Areveltsinin məlumatını qarqarların sak mənşəli etnik təyini kimi qəbul etmək olar. Çünki M.Kaqankaytukskiyə görə, qarqarlar özü əslən sisaklar nəslindən olan Aranın varisləridir. Bu məlumatlar onu söyləməyə əsas verir ki, qarqarlar da sisak nəslindən, yəni saklar olublar.

Qarqarların dili barədə nə demək olar? M.Xorenski yazır: “Mesrop qarqarların yöndəmsiz, barbar, çox kobud qıtlaq dili üçün əlifba yaradıb. M.Xorenskinin məlumatlarında və digər ermənidilli ilk mənbələrdə qarqar dilinin və qarqar xalqının genetik qohumluq əlaqələrinin müəyyən edilməsi üçün arqumentlər təqdim edirlər.

Birincisi: Erməni tarixçi M.Xorenskinin qarqar dilini “barbar dili” adlandırması bunu etiraf etməyə əsas verir ki, qarqar dili erməni dili deyil. Digər erməni tarixçi Koryunun (V əsr) dediyi “Maştots aluan dilində olan barbar sözləri araşdırdı” cümləsindən belə çıxır ki, “aluan/alban” dili də “barbar dili” olduğuna görə erməni dili ola bilməzdi.

İkincisi: M.Xorenski bildirir ki, qarqarlar üçün əlifba yaradılması işində Mesrop Maştotsa kömək üçün Sünikdən olan tərcüməçi Beniamin dəvət edilib. Bu məlumat etiraf etməyə əsas verir ki, qarqar dili erməni dilindən fərqlidir və sünik dilinə qohumdur. Sünik dili isə yuxarıda qeyd etdiyim kimi, xunnların dilindən başlanıb.

Üçüncüsü: M.Xorenskiyə görə qarqar dili qırtlaq dilidir, bu isə bəzi tədqiqatçıların fikrincə, onu türk dillərinə aid etməyə əsas vermir. Mən bu məqalənin hazırlanması prosesində apardığım icmal işi nəticəsində müəyyən etdim ki, linqvistika elmi türk dillərinin fonem tərkibində qırtlaq səslərinin olmasını etiraf edir. Məsələn, türkologiya üzrə sanballı elmi əsərlərin müəllifi N.İ.Zolotnitski “Çuvaş dilinin samit qırtlaq səslərinin dəyişməsindən və tələffüzündən asılı xüsusiyyətləri” adlı xüsusi tədqiqat aparıb və onu 1877-ci ildə Kazan Universitetində dərc etdirib. Müəllif qeyd edir ki, türk dilinin Kazan-Tatar, Qırğız, Altay və digər variantlarında dörd qırtlaq səsi və bir (qırtlaq səsi ilə birləşdirilmiş) burun səsi var. Müəllif bu səsləri dərin qırtlaq və səthi qırtlaq növlərinə bölür. 1971-ci ildə Moskvada nəşr olunmuş ədəbiyyat ensiklopediyasında qeyd edilir ki, hecanın əvvəlində qırtlaq spirantı Başqırd, Azərbaycan, Qazax, Tatar (dialekt), Uyğur dillərinin səciyyəvi xüsusiyyətlərindən biridir. Müasir Qazax tədqiqatçısı B.D.Dyusenov qədim qıpçaq dilində analoji vəziyyəti müşahidə edir. Müasir tədqiqatçı Saaya Oyumaa Maadır - Oolovna müəyyən edib ki, Tuva dilində “Qırtlaq çıxıntılı yarıuzun sait səslər” var. Ümidvaram ki, bizim linqvistlər müvafiq araşdırmalar aparmaqla bu problem barədə daha ətraflı məlumatlar təqdim edə biləcəklər. Onu da qeyd etmək lazımdır ki, türk xalqlarının spesifik oxu tərzləri var, xüsusən mərasim mahnılarının ifası zamanı “Karqır” adlanan artikulyasiya (boğaz/qırtlaq oxuması) mövcuddur.

Dördüncüsü: M.Xorenskinin məlumatı sünik və qarqar xalqlarının qohum olduğunu söyləməyə əsas verir. Bu isə nəticə etibarilə həmin xalqların hunlarla qohum və türklərin hüquqi varisləri olması deməkdir. Orta Asiya tarixçisi S.Axsıkenlinin (XVI əsr) “Məcmu ət-Təvarix” adlı toplusunda xatırladılır ki, Qarqar/Karkar Qırğız eposunun qəhrəmanı Manasın babasının yaşadığı yerin adıdır. Qarqar Manasın mənsub olduğu qıpçaq xalqıdır (bu xalqın müasir adı “Qırqız/Qırqır” kimi qəbul edilib. “Qarqar” etnonimi barəsində onu da qeyd etmək lazımdır ki, Mahmud Kaşğarinin lüğətində rus dilinə “урчать” (quruldamaq) kimi tərcümə edilən “qarqar/qurqur” sözü var. S.Ojeqovun məşhur lüğətində bu sözün mənası “издавать клокочущие, рычащие звуки” (“qaqqıldamaq, nərildəmək, bağırmaq”) kimi izah edilir. Bu səslərin çıxarılmasında qırtlağın iştirakı barədə Mahmud Kaşkarlının “qar” və “qırtlaq” sözləri var.

Məxəzlərdə qarqarların yaşadığı region barədə də məlumat verilir. Erməni tarixçi Tovma Artsruni (IX-X əsrlər) yazır: “Ərəb sərkərdə Buqa özünün çoxsaylı qoşununu götürüb Qarqar talasına endi və böyük Partev şəhərinə tərəf hərəkətə başladı...” Yenə həmin mənbədə göstərilir ki, digər ərəb sərkərdəsi İsa “Qarqarlar ölkəsinin Partav məntəqəsinə çatdı. Bu halda Partev - Partav - Bərdə şəhərinin “Qarqar talası” və “Qarqarlar ölkəsi” anlayışları ilə bağlanması Qarqarlar ölkəsinin müasir Qarabağ bölgəsində lokallaşmasını birmənalı şəkildə söyləməyə əsas yaradır. M.Xorenski “Qarqarlar talası” haqqında da məlumat verir. Alimlər bu ərazini Mil düzü ilə eyniləşdirirlər. Qarqar etnonimi ilə oxşar Qarqar çayı hidronimi də var. Bu çay Qarabağ dağ silsiləsindən başlanır, Şuşa şəhərinin yaxınlığından keçir və Kür çayının sağ qoludur. Yakut əl-Hemavi Arranda, baylakan yaxınlığında Karkar şəhərinin adını çəkir. Bu coğrafi məlumatlardan belə çıxır ki, qarqarlar hazırda Qarabağ adı ilə məşhur olan regionun sakinləri olub. Yuxarıda deyilənləri yekunlaşdıraraq söyləmək olar ki, müasir Qarabağın ərazisində yaşayanlar saklar olub, onların dili erməni dili deyil, sünik dilinə qohum olub. Qarqar dili hunn dilindən yaranıb, bu da öz növbəsində, yuxarıda qeyd etdiyimiz kimi, müasir alimlər tərəfindən türk dillərinə aid edilir.

Deyilənləri yekunlaşdırmağa çalışaq. Erməni məddahlar türk mənsubiyyəti ilk baxışdan aydın olan coğrafi adları çoxdan “erməniləşdiriblər”. Eyni zamanda onlar türk dilində açıqlaya bilmədikləri toponimləri saxlayıblar. Bunların bəlası bundadır ki, həmin toponimləri erməni dilində də açıqlaya bilməyiblər, çünki bu toponimlər əzəli türk toponimləridir, bu barədə sübutlar kifayət qədərdir. Albaniya çarlığı dövründə Sünik, sonradan Zəngəzur, həmçinin Qarqarlar diyarı adlanan vilayət X əsrdən Aran, XIII əsrdən Aranın bir hissəsi Aran-Qarabağ və ya sadəcə Qarabağ adlanıb. Bu ərazi istər qədim dövrdə, istərsə də sonralar Ermənistana mənsub olmayıb, onların erməni dilli adları və erməni dilli sakinləri olmayıb. Müasir elm həmin regionların Alban çarlığında yaşamış əhalisinin türk mənsubiyyətini və genealoji baxımdan syunnu/hunn/qunnu/qarqarların sak-skiflər və müasir türklərlə qohum olduğunu söyləməyə əsas verir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH