DÜNYA
Almaniyada ictimai nəqliyyatda uşaqlar üçün gediş haqqı nə qədərdir?
Berlin, 15 noyabr, AZƏRTAC
Almaniyanın Drezden və Leypsiq şəhərlərində məktəbə gedənə qədər, qalan şəhərlərində isə altı yaşına qədər bütün uşaqlar üçün gediş haqqı pulsuzdur.
AZƏRTAC xəbər verir ki, 14 yaşına qədər uşaqlar üçün biletlərin ən aşağı tarifi Leypsiqdədir. Onlar bir gedişə 1,20 avro ödəyirlər. Ən bahalı gediş haqqı Rur vilayəti şəhərlərində (Bohum, Dortmund, Duysburq, Düsseldorf, Essen, Vuppertal) və Berlindədir: 1,70 avro.
Bu tariflər təkcə Almaniya vətəndaşları olan uşaqlara deyil, ölkədəki əcnəbilərə də şamil edilir. Odur ki, bu informasiya Azərbaycandan olan turistlər üçün də faydalı ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]