İDMAN
Almaniyada keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə səkkiz cüdoçumuz mübarizə aparır
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunur. Turnirin birinci günündə səkkiz cüdoçumuz mübarizəyə qatılıb. Kişi cüdoçularımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq) turnirin birinci günündə tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayırlar.
Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [21:44]
Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]