SİYASƏT
ALMANİYALI MƏKTƏBLİLƏR AZƏRBAYCANA GƏLMİŞLƏR
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da Almaniyanın Valkenburq bələdiyyəsinin Heiliq Hart Sibbe orta məktəbinin 10 şagirdi Azərbaycana gəlmişdir. Səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından taniş olmaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Heiliq Hart Sibbe məktəbliləri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məktəbliləri üçün alınmış “Brayl” çap aparatını da özləri ilə gətirmişlər. 4200 avro dəyərində çap aparati İsveçin “Worldvision” firması tərəfindən istehsal edilmişdir.
Qonaqlar çap aparatını iyulun 27-də Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəzdindəki məktəbə təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]