Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır -  ŞƏRH

Bakı, 3 may, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 28-də Prezident İlham Əliyevə telefon zəngində ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə etdi.

Qeyd etmək lazımdır ki, aprelin 19-da sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı Azərbaycan-Ermənistan razılaşmasına ilk beynəlxalq reaksiya da məhz ABŞ Dövlət Departamentindən gəlmişdi. Belə ki, Dövlət katibi Antoni Blinken özünün “X” hesabında prosesi alqışladığını bildirərək bunu davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addım kimi qiymətləndirmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib.

Politoloq bildirib ki, iki ölkə arasında əldə olunmuş bu razılıq regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, sülh sazişinin imzalanması yolunda, o cümlədən Cənubi Qafqazın inteqrasiya olunmuş regional əməkdaşlıq modeli kimi inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər.

Bununla belə, ABŞ-ın bu sülhdə nə qədər maraqlı olduğu sual yaradan amillərdən biri kimi nəzərdən keçirilməlidir. Bir zamanlar Əfqanıstan, İraq, Fələstin, Suriyada da sülhün carçısı və əsas təminatçısı rolunu tərəddüd etmədən üzərinə götürən ABŞ həmin bölgələrə müharibə, terror və hərc-mərclikdən başqa heç nə gətirmədi desək yanılmarıq.

“Çox uzağa getməyək, uzun illərdir ki, Azərbaycan-Ermənistan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ həm institusional, həm də fərdi çərçivədə vasitəçilik missiyasının öhdəsindən gələ bilməyib və ya gəlmək istəməyib. Sözsüz ki, özünü dünyanın supergücü hesab edən bir dövlətin münaqişələrin həllində qeyri-effektivliyi və yaxud işğalçı ölkəni açıq-aşkar dəstəkləyən addımlar atması onun sülh gündəliyinə olan sadiqliyinə istər-istəməz şübhə yaradır. İndi isə Rusiya-Ukrayna müharibəsi fonunda əsas geosiyasi rəqibini zəiflətmək naminə Rusiya ətrafındakı bölgələrə gözünü zilləyən Sem dayı guya Cənubi Qafqazda da sülhün təminatçısı olmağa, hətta bu yolda tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu nümayiş etdirir”, - deyə S.Zahidov diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, regional reallıq isə onu göstərir ki, əksinə, ABŞ-ın və ya hansısa üçüncü tərəfin bölgədəki proseslərdə vasitəçilik missiyası uğursuzluğa məhkumdur. Birincisi ona görə ki, bu dövlətlər hər zaman, ilk növbədə, regiondakı maraqlarını və məkrli planlarını reallaşdırmağa çalışaraq bölgə ölkələrinin istəklərinə yuxarıdan aşağı baxıblar. İkincisi isə vasitəçilər bir çox hallarda regional konteksti və prosesləri düzgün dəyərləndirməyərək ağlasığmaz təkliflər irəli sürüblər. Nəhayət sonuncusu ona görə ki, ABŞ və digərləri vasitəçiliyin ən ümdə prinsiplərindən olan tərəfsizliyi dəfələrlə çeynəyərək işğalçı Ermənistanın təəssübkeşliyini çəkiblər. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın BMT nizamnaməsinin 51-ci, yəni, beynəlxalq hüququn “Jus ad bellum” prinsipinə söykənərək öz torpaqlarını işğaldan azad etməsindən tutmuş 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinədək olan zaman kəsiyində ölkəmizə qarşı davamlı şəkildə qarayaxma kampaniyası həyata keçirən bu ölkələrin regionda sülhdən dəm vurması istər-istəməz inandırıcı görünmür. Amma bir reallıq var ki, Azərbaycan daxili məsələsini özü həll etməyə qadirdir.

S.Zahidov bildirib ki, ABŞ-da 11 sentyabr terror aktı zamanı bu ölkəyə ən böyük dəstəyi verən ölkələrdən biri də məhz Azərbaycan olub, ABŞ hərbçilərinin öz ərazisindən 12 min kilometr uzaqda olan Əfqanıstandakı antiterror əməliyyatları üçün logistik imkanlar təmin edib, sülhməramlı kontingentini Əfqanıstana göndərib. Qarşılığında isə ölkəmiz 2023-cü ildə öz ərazisində separatçılara və terrorçulara qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ABŞ, Fransa və Ermənistanın digər havadarlarının tənqid dalğası ilə üzləşdi.

“Gəlinən nəticə odur ki, Azərbaycanın həm Vətən müharibəsi, həm də antiterror tədbirləri nəticəsində yaratdığı yeni geosiyasi reallıqları qəbul etmək istəməyən dövlətlər bölgədə öz məkrli planlarını həyata keçirmək niyyətindədirlər. Onların əsas məqsədi regiondakı təsir rıçaqlarını işə salaraq kəskin geosiyasi qarşıdurmalara səbəb olmaqdır. Bu baxımdan həmin ölkələrin sülhdə maraqlı olması şübhə doğurur, çünki sülh olarsa, onların təsir imkanları da azalacaq. Məşhur isveçli siyasi araşdırmaçı Svante Kornelin qeyd etdiyi kimi, böyük güclər Cənubi Qafqazda sülh istəmirlər və region dövlətlərinin maraqları onlar üçün əhəmiyyət daşımır. Məhz bu səbəbdən Azərbaycan bölgədə sabitləşdirici rol oynayan Türkiyə ilə birlikdə bir tərəfdən həmin dövlətlərin pozucu fəaliyyətlərini dəf edir, digər tərəfdən isə Ermənistanı onların marioneti olmaqdan xilas edərək sülh prosesini daha da irəlilətməyə çalışır”, - deyə Sultan Zahidov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir