Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Antverpen miqrantlar və brilyantlar şəhəridir

Bakı, 30 dekabr, AZƏRTAC

Belçikanın Antverpen şəhərinə ilk dəfə gələn naşı turistlər, yəqin ki, burada mərkəzi meydanı və kafedral kilsəsi olan, heç bir hadisənin baş vermədiyi maraqsız və yuxulu şəhərcik görəcəklərini düşünürlər. Amma dünya üzrə brilyant cilalanması və satışı mərkəzinə, Avropanın ikinci ən böyük liman şəhərinə, müasir incəsənət və moda məkanına düşdüklərini görəndə mat-məəttəl qalırlar. Antverpen heyrətləndirməyi bacarır. Dünyanın ən gözəl vağzallarından biri və Avropanın ən qocaman zooparklarından biri Antverpendə - Avropanın bu ən çoxmillətli şəhərlərindən birində yerləşir. Flandriyaya səyahətimizin başlandığı Antverpendə olduğumuz müddətdə “ən” epitetini tez-tez eşitdik. Amma gəlin hər şey haqqında növbə ilə danışaq! 

Flamand xarakteri, vağzal-muzey və qatarda səhər yeməyi

Əvvəlcə bir qədər tarixə müraciət edək. Bir dövlət kimi Belçika nisbətən yaxın vaxtlarda – 1830-cu ildə yaranıb. Müxtəlif dövrlərdə onun ərazisi gah İspaniyanın, gah Fransanın, gah da Niderlandın tərkibində olub. Sonra inqilab baş verib və Belçika Krallığı yaranıb. Belə təlatümlü keçmiş izsiz ötüşməyib. Bu gün Belçika üç regiondan - ölkənin şimalında yerləşən Flandriyadan, - burada Niderland dilində danışırlar, - cənubunda yerləşən Valloniyadan, - burada fransız dili dəbdədir, - və əhalisi iki dildə danışan paytaxt Brüsseldən ibarət çoxmillətli dövlətdir. Bir də Valloniyanın şərqində alman dilində danışan nisbətən kiçik icma yaşayır.

Əhalisinin özünü flamand adlandırdığı Flandriya Belçika ərazisinin təqribən 60 faizini əhatə edən böyük regiondur. Brüsseldən sonra ölkənin ikinci şəhəri olan Antverpen də Flandriya regionundadır. İndi bütün bu nüansları bildikdən sonra flamandın, xüsusən Antverpen sakininin mədəni simasını təsəvvür etmək sizin üçün çətin olmayacaq. Dil və ənənələrin bir-birinə qaynayıb-qarışması, müxtəlif xalqlarla dinc yanaşı yaşamağın labüdlüyü sayəsində başqa mədəniyyətlərə yüksək dözümlülüyü ilə seçilən geniş dünyagörüşlü insanlar yetişib. Bu keyfiyyətlər əsrlərboyu yadelli tacirləri cəlb edən liman şəhərinin sakinləri olan antverpenlilərdə daha parlaq təzahür edir. Hazırda 500 mindən bir qədər çox əhalisi olan şəhərin az qala yarısını dünyanın müxtəlif ölkələrindən gəlmələr təşkil edir. Ümumiyyətlə, Antverpendə 173 millətin nümayəndəsi yaşayır! Burada böyük Çin məhəlləsi, yəhudilərin, ərəblərin yaşadıqları rayonlar və digər etnik rayonlar var. Onlar mahiyyətcə kosmopolit olan bu şəhərdə dinc yanaşı yaşayırlar.

Biz Antverpenə qatarla Parisdən gəldik. Dünyanın ən populyar turizm şəhərindən sonra düşünürdük ki, Antverpen çətin ki, bizi heyrətləndirə bilsin. Amma daha çox kral sarayına bənzəyən mərkəzi şəhər vağzalının perronuna qədəm qoyan kimi bütün əndişələrimiz yox oldu. Sonradan bələdçi də bizə danışdı ki, bu binanın tikintisində istifadə edilən mərmər və daş Flandriyada yerləşən və Fransada Versal sarayının tikintisi üçün materiallar göndərən eyni daş karxanasındandır. Vağzalın dəmir örtüsünün metal konstruksiyası Eyfel qülləsinin tikintisində iştirak edən manufakturada istehsal olunub.

Şəhər sakinləri taxtadan olan köhnə Şərq stansiyasının yerində inşa edilmiş Antverpen Mərkəzi Vağzalını indiki görkəmində 1905-ci ildə görüblər. Vağzal dərhal dünyanın ən gözəl vağzalları siyahısında öz yerini tutub. Təsadüfü deyil ki, bura muzey kimi ekskursiya təşkil edirlər. Baxmalı-görməli çox şey var. İnteryerləri ar-nuvo üslubunda işlənmiş əzəmətli binanı 70 metr hündürlüyündə çox gözəl günbəz müvəffəqiyyətlə tamamlayır. Perrorların üstündə şüşə və poladdan dam örtüyü orijinallığı ilə heyrətləndirir.

Azərbaycanda sərnişin daşımalarında aparıcı yeri qatarlar tutmur. Çoxumuz avtobus nəqliyyatına üstünlük veririk, halbuki Avropa dəmir yolu istər dövlətlər arasında, istərsə də konkret ölkənin hüdudlarında – regionlar, şəhərlər və qəsəbələr arasında geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun bir neçə səbəbi var. Avropada dəmir yolu vağzalları aeroportlar kimi şəhərin kənarında deyil, adətən onun mərkəzində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir. Avropada qatarlar rahat və səssiz olduğu qədər də sürətlidir. Hər bir vaqon rahat kreslolar, siyirtmə masalar, tualet, kupe-restoranlarla təchiz edilib. “Ekonom klass”, “biznes klass” və s. kateqoriyalar üzrə xidmət göstərilir. Məsələn, Parisdən Antverpenə “Thalys” operatorunun sürət qatarında birinci dərəcəli vaqonda gedirdik. Təqribən iki saatlıq yol idi. Qatar saatda 300 kilometr sürətlə gedirdi. Ən maraqlısı da budur ki, qatarda lap təyyarədə olduğu kimi yemək verildiyini ilk dəfə görürdük. Bizə səhər yeməyi və isti içkilər verdilər. Nəzərə alsaq ki, səhər reysi idi və biz də macal tapıb yeməmişdik, bu xidmət lap yerinə düşdü.

Qatarların hərəkət cədvəli çox çevikdir. Onlar gecə-gündüz işləyir və münasib reysi tapmaq asandır. Qatarlar düz vaxtında yola düşür. Özü də, məsələn, təyyarə və ya avtobusla müqayisədə sərnişinlərin daha çox baqaj aparmaq imkanı var. Bunu sizə nə üçün deyirik? Çünki indi bütün Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətində Azərbaycan nümayəndəliyi (SI Travel & Luxury) fəaliyyət göstərir! Bu isə o deməkdir ki, turistlərimiz Avropa qatarlarına biletləri Bakıdakı turizm agentliklərindən qabaqcadan alıb onların haqqını manatla ödəyə bilərlər. Qeyd edək ki, biletləri vağzallarda reysqabağı almaqla müqayisədə qabaqcadan almaq onların qiymətində xeyli qənaət etməyə imkan verir.

Qrote Markt, gildiya evləri və qəzəbli nəhəng

Antverpenlə tanışlığa bələdçinin müşayiəti ilə bu qədim şəhərdə gəzintidən başladıq. Burada çoxlu maraqlı yerlər cəmləşib.

Şəhərin mərkəzində piyadaların hərəkət etdiyi Meyr küçəsi bizim xalq arasında Torqovaya adlandırılan Nizami küçəsini və Fəvvarələr meydanını çox xatırladır: arxitektura əhəmiyyəti olan eyni klassik binalar, mağazalar, fəvvarələr, abidələr, kafe və restoranlar və tələsmədən gəzişən insanlar.

Çətinliklə tələffüz olunan “Stadsfeestzaal” adlanan kiçik ticarət mərkəzi Meyr küçəsinin əsas görməli yerlərindəndir. Bu ticarət mərkəzi 1908-ci ildə neoklassisizm üslubunda inşa edilmiş binada yerləşir. İçəri girənləri qızılla işlənmiş və yapma üsulu ilə çox gözəl bəzədilmiş xollun zəngin tərtibatı, mərmər sütunları və zərif balyustradaları (bəzəkli məhəccərlər) valeh edir.

1931-ci ildə inşa edilmiş Avropada ilk göydələn Meyr küçəsinin daha bir diqqətəlayiq tikilisidir. Vaxtilə fermerlərə kredit verən bank bu binanın əsas icarədarı olduğu uçub onu Fermer qülləsi də adlandırırlar.

Tezliklə biz Antverpenin Qrote Markt adlanan mərkəzi meydanına çıxdıq. Qrote Markt flamand dilindən tərcümədə “bazar meydanı” deməkdir. Bu meydan XVI-XVII əsrlərdə buralarda ticarətin inkişafı ilə əlaqədar şəhərin rifahının artdığını xatırladır. Meydanda müxtəlif gildiyalara məxsus olan, qızıl heykəllərlə bəzədilmiş təmtəraqlı evləri görmək olar. Arbaletçilər evi ən dəbdəbəli və hündür gildiya binasıdır. Onun damını məğlub edilmiş əjdahanı nizəsi ilə dələn atlının qızıl suyuna çəkilmiş heykəli bəzəyir. Üçbucaq formasında pilləli dam örtüyü olan bu ensiz hündür evlər Amsterdam üçün tipik olan binalara çox oxşayır. Bələdçimizin sözlərinə görə, bu arxitektura ənənəsi Flandriyada yaranıb və buradan Hollandiyaya keçib.

Gildiya evlərinin yeri təsadüfən seçilməyib. Bazar meydanı Şelda çayının yaxınlığında yerləşir. Şimal dənizinə tökülən Şelda çayının mənsəbi II və III əsrlərdə burada məskunlaşan qədim romalılar üçün strateji əhəmiyyət daşıyıb. Vaxt keçdikcə çayın əhəmiyyəti artıb. XIII əsrdə burada Şelda çayına nəzarət etməyə imkan verən Antverpen qalası - Divarlar qəsri (Burg Steen) inşa edilib. Hazırda bu koloritli qəsrdə Milli Dənizçilik Muzeyi yerləşir. Qəsrin girəcəyində qonaqları Antverpen folklorunun personajlarından birinin - Uzun Vapperin abidəsi qarşılayır. Əfsanəyə görə, Uzun Vapper adlı nəhəng Antverpendə yaşayıb və şəhər sakinlərini qorxu içində saxlayıb.

Ümumiyyətlə, görünür, nəhənglər antverpenlilərin xalq yaradıcılığında sevimli mövzudur. Qrote Markt meydanının mərkəzində, renessans üslubunda olan ratuşa binasının qarşısında Antverpenin rəmzi - mifik qəhrəman Silvio Brabonun tunc abidəsi ilə tamamlanmış Brabo fəvvarəsi göz oxşayır. Rəvayətə görə, qədim zamanlarda bu yerlərdə Antiqon adlı qəzəbli nəhəng yaşayırmış. O, çox tamahkar imiş və limana girmək üçün şkiperlərdən çoxlu bac-xərac alırmış. Ödəyə bilməyənlərin əlini kəsib Şelda çayına atırmış. Silvio Brabo adlı cəsur romalı döyüşçünün xərac verməkdən imtina etdiyi vaxta qədər vəziyyət belə davam edir. S.Brabo nəhəngə qalib gəlir, onun əlini kəsir və Şelda çayına atır. O vaxtdan şəhər Antverpen adlanır. Antverpen sözü “əl” və “atmaq” sözlərindən yaranıb. S.Brabonun abidəsi Antverpen sakinləri üçün şəhərin vizit kartıdır. Suvenirlərin hazırlanmasında əl rəmzindən geniş istifadə olunur. Hətta “Antverpen əlləri” adlanan firma peçenyeləri də var.

“Antverpen altılığı” və Moda Muzeyi

Qeyd etdiyimiz kimi, antverpenlilər orijinal təfəkkür tərzi ilə seçilirlər. Təsadüf deyildir ki, bu şəhəri müasir incəsənətin və avanqard modanın mərkəzi sayırlar. Şəhərin tarixi hissəsində butiklər düzülmüş yeddi xüsusi ticarət zonası var. Butiklərdə Belçika dizaynerlərinin vintajdan tutmuş ultramüasirədək müxtəlif üslublarda əsərləri təqdim edilir. Antverpen hələ 1980-ci illərdə dünyada məşhurlaşan “Antverpen altılığı”nın üzvləri - Valter van Beyrendonk, Ann Demyolemeyester, Dris van Noten, Dirk van Sane, Dirk Bikkemberqs və Marina Ye ilə haqlı olaraq fəxr edir.

Antverpen dizaynerləri bu gün də moda dünyasına təsir göstərməyə davam edirlər. Raf Simons, Kaat Tilli, Anna Heylen, Tim van Steyenberqin adları çoxlarına tanışdır. Bu dizaynerlər Antverpendə təhsil alıblar. Burada onların atelyeləri, salonları və butikləri var. Maraqlıdır ki, Antverpendə uşaq modasına həsr olunmuş çoxlu mağazalar yerləşir. Bu mağazalarda beşikdən tutmuş yeniyetmə çağınadək gənc nəslin nümayəndələri üçün dizayner əşyaları satılır.

Antverpendə Flamand Moda İnstitutu, Kral Tətbiqi Sənət Akademiyasının moda departamenti, habelə MoMu Moda Muzeyi fəaliyyət göstərir. Muzeyin təqribən 250 min modeldən ibarət kolleksiyası var. Ekspozisiya hər yarım ildən bir yenilənir. Özü də bütün bu strukturlar “ModeNatie” adlanan böyük bir kompleksdə yerləşir.

Antverpendə birinci günümüz çox maraqlı keçdi. Amma biz bu şəhəri şöhrətləndirən mədəni sərvətlərin çox az qismini görə bildik. Ertəsi gün MAS Muzey Kompleksinə getmək, - buradan şəhərə gözəl mənzərə açılır, - dünyada ən qədim çap dəzgahını öz gözümüzlə görmək, Antverpenin brilyant məhəlləsində olmaq və məşhur rəssam Piter Rubensin yaradıcılığı ilə tanış olmaq niyyətindəyik. Bu barədə və bir çox digər məsələlərdən söhbətimizin yekun hissəsində danışacağıq.

Emil Eyyubov

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatlığını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO