DÜNYA
“Apple TV+” striminq platforması istifadəyə verilib
Bakı, 1 noyabr, AZƏRTAC
“Apple” kompaniyası bu gün “Apple TV+” striminq platformasını işə salıb.
AZƏRTAC servisin rəsmi saytına istinadla xəbər verir ki, platforma istifadəçilərə yeddigünlük test imkanı yaradıb. Bu müddət bitdikdən sonra abunə pullu olacaq.
Dünyanın aparıcı ssenaristlərini və kino istehsalçılarını birləşdirən servis dünyanın 100-dən çox ölkəsində fəaliyyətə başlayıb. Yeni servis “Apple” qurğularındakı “Apple TV” proqramında, həmçinin tv.apple.com saytında və “Samsung” kompaniyasının bəzi smart-televizorlarında çalışacaq.
“Apple” özünün striminq servisi üçün kontentin istehsalına 6 milyard dollardan çox pul xərcləyib. “Netflix” isə ötən il kontentə 12 milyard dollara yaxın vəsait sərf etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]