MƏDƏNİYYƏT
Artıq “İdeal” mağazaları da BSF-də!
Bakı, 11 aprel, AZƏRTAC
“İdeal” mağazalar şəbəkəsi aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçirilən ilk Bakı Şopinq Festivalına qoşuldu. “İdeal”ın paytaxtımızda fəaliyyət göstərən 15 mağazası Festival dövründə Bakı sakinləri və şəhərimizin qonaqlarına məşhur “İdeal” və “MAC” mağazalarında əlverişli alış-veriş etmək fürsətini təqdim edir.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirimlər bu yaz günlərini daha da “qızmar” edəcək. Belə ki, bütün alıcılar “İdeal” mağazalarında seçilmiş mallara 70 faizədək endirimlər, eləcə də ƏDV-ni geri almaq imkanı qazanacaqlar. Güzəşt və endirimlər mayın 10-dək güvədə olacaq.
Bakı Şopinq Festivalı alıcıları “İdeal”ın “Baku Shopping Festival - Tax Free” loqosu olan 15 mağazasında alış-veriş edərək təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edir.
Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: Telefon: 0124982063, e-mail: [email protected], www.bakushopfest.com.