Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də “Hökumətlər tərəfindən COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda təşkil olunan ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, forumun açılış sessiyasının natiqləri agentliyin sədri Ülvi Mehdiyev, ISESCO-nun Baş direktoru Salim M. Al-Malik, BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş katibi Jan Pyer Elonq Mbassi olublar.

Moderatorluğu isə məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) İan Xan həyata keçirib.

Dövlət agentliyinin sədri Ülvi Mehdiyev xüsusi əhəmiyyət kəsb edən bu forumun dünyanın müxtəlif yerlərindəki qərar qəbul edən şəxslərin təcrübələrini bölüşmələri üçün faydalı platforma olduğunu və COVID-19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. Natiq diqqətə çatdırıb ki, pandemiya ilə mübarizə çərçivəsində ölkə başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti bütün zəruri, təcili tədbirləri həyata keçirib. Bunun nəticəsidir ki, Azərbaycan pandemiyadan ən az zərərçəkən ölkələr sırasındadır. Həmçinin pandemiya dövründə dövlət və özəl xidmətlərin vahid məkandan göstərilməsi üzrə Azərbaycan brendi olan "ASAN xidmət" vasitəsilə texnoloji və innovativ həllərlə rahat, çevik və fasiləsiz çıxış təmin edilib. Azərbaycan istər pandemiya ilə mübarizə, istərsə də dövlət xidmətlərinin çatdırılması ilə bağlı müsbət təcrübəsini paylaşmağa hazırdır.

ISESCO-nun Baş direktoru Salim M. Al-Malik COVID-19 pandemiyası ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin təşkilata üzv 54 İslam Dünyası ölkəsində təhsil, elm, mədəniyyət və sosial inkişaf istiqamətində dövlət xidmətlərinin göstərilməsi və yaxşı idarəçilik sahələrinin təkmilləşdirilməsi üzrə ISESCO-nun ASAN Mükafatının təsis edildiyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner Azərbaycan hökumətinə pandemiyanın təxirəsalınmaz çətinliklərin həlli istiqamətində göstərdiyi səylərə və əhalinin həssas qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərini həyata keçirdiyinə görə təşəkkür edib.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende pandemiya şəraitində görülən tədbirlərin sosial-iqtisadi və ictimai səhiyyə sahələrində ortaya çıxan dəyişikliklərlə uzlaşmalı olduğunu vurğulayıb. Həmçinin ifadə olunub ki, bugünkü Veb Forum daha dərin əməkdaşlığın qurulması istiqamətində növbəti addımdır və böhranın aradan qaldırılması istiqamətində yeni dəyişikliklər üçün açar rolunu oynayır.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne Avropa İttifaqı adından forumun təşkilatçısı “ASAN xidmət”ə təşəkkürünü bildirib. O, “ASAN xidmət”lə tanışlığı zamanı rəqəmsal innovasiyalar, effektiv xidmətlərin göstərilməsinin onda xoş təəssürat yaratdığını vurğulayıb. COVID-19 ilə mübarizədə qlobal məsuliyyətin, ideya və həll yollarının paylaşılmasının vacibliyini vurğulayan natiq çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın Qoşulmama Hərəkatı Sammitinin rəhbəri kimi innovativ təşəbbüslərini təqdirəlayiq hal kimi qiymətləndirib.

Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" ilə bağlı uğurlu təcrübəsi əsasında Qazaxıstan vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sisteminin hazırlandığını diqqətə çatdırıb.

Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş katibi Jan Pyer Elonq Mbassi Qlobal Forumda iştirakından məmnunluğunu və koronavirus pandemiyası ilə əlaqədar yaranmış bu çətin, dəyişkən dövrdə Azərbaycan təcrübəsinin Afrika ölkələrində tətbiqində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, vətəndaşyönümlü ağıllı həllərin tətbiqi istiqamətində dünya üçün nümunəvi model olan “ASAN xidmət” və Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatı arasında Əməkdaşlıq Memorandumları üzrə davamlı əlaqələr mövcuddur.

Qeyd edək ki, ASAN Qlobal Veb Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə reallaşdırılır.

Məqsəd pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda, pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etməkdir. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində təcrübə mübadiləsi əsas prioritetlərdir.

İkigünlük forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan

ABŞ-da təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” layihəsini təqdim edib