Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Asiyanın Qəlbi”: “İstanbul Prosesi”nin Bakı “ritmi”

“Asiyanın Qəlbi”: “İstanbul Prosesi”nin Bakı “ritmi”

2011-ci ildə Türkiyə mərkəzi Əfqanıstan olmaqla böyük bir geosiyasi məkanda sülh, əməkdaşlıq və qarşılıqlı etimadı təmin edə biləcək format irəli sürdü. Onun adı “Asiyanın Qəlbi - İstanbul Prosesi”dir. 2012-ci ildə Prosesə dəvət alan Azərbaycan onun fəal iştirakçısıdır. Bu il Azərbaycanın Prosesə sədrliyi başa çatır. Estafeti Türkiyə götürür. Bunun fonunda Bakıda keçirilən “İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransının geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur. Bu məsələ Prezident İlham Əliyevin dərin məzmunlu nitqində lakonik tezislərdə öz ifadəsini tapıb. Prosesin məqsədi, məzmunu geosiyasi-strateji nitqdə əks olunub. Eyni zamanda, Azərbaycanın ona verdiyi töhfələr, həmin layihənin perspektivləri konkret faktların işığında göstərilib. Onların nəzəri təhlili mühüm əhəmiyyət kəsb edir.

Asiyada sülh və əməkdaşlıq: Türkiyənin təşəbbüsü və Azərbaycanın fəallığı

Azərbaycanın paytaxtında əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyini daima vurğulayırlar. Maraqlıdır ki, Bakı çox müxtəlif mövzularda qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu, Azərbaycanın sözün həqiqi mənasında həm regionun lider dövləti olduğunu, həm də geosiyasi mərkəz rolunu oynadığını nümayiş etdirməkdədir. Bunun növbəti təsdiqi paytaxtımızda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransının keçirilməsi oldu.

Öncə vurğulayaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin əsası 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında qoyulub. Bu prosesin başlıca məqsədi çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi böyük bir geosiyasi məkanda sülhü, əməkdaşlığı və sabitliyi təmin etməkdən ibarətdir. Onun təşəbbüskarı isə qardaş Türkiyədir. Onu da qeyd edək ki, həmin prosesdə Əfqanıstanda sülh, sabitlik və inkişafın reallaşması məqsədi xüsusi yer tutur. İndi 14 dövlət qısa müddətdə böyük nüfuz qazanan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin tamhüquqlu üzvüdür. Bundan başqa, 17 dövlət və 12 beynəlxalq təşkilat dəstəkçi qismində iştirak edir.

2012-ci ildə bu prosesə dəvət alan Azərbaycan onun fəal üzvüdür və ölkəmizin sədrlik müddəti bu il başa çatır. Bu baxımdan 7-ci Nazirlər Konfransının Bakıda keçirilməsi başqa faktorlarla yanaşı, həm də Azərbaycanın fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli idi (bax: Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı keçirilir / AZƏRTAC, 1 dekabr 2017).

Tədbirdə Azərbaycan Prezidenti ilə yanaşı, Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani də iştirak edib. Üzv ölkələrdən çoxlu sayda nümayəndələr də tədbirə qatılıblar. Ekspertlərin ilkin rəyinə görə, Bakı müzakirələri çox maraqlı və səmərəli keçib. Prezident İlham Əliyevin nitqi böyük maraqla qarşılanıb (bax: Prezident İlham Əliyev: Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir / AZƏRTAC, 1 dekabr 2017).

Sonda konfrans iştirakçıları bəyannamə qəbul ediblər. Orada Prosesin əhəmiyyəti, görülən işlərin vacibliyi ilə yanaşı qarşıda duran vəzifələr də öz əksini tapıb. Azərbaycanla Əfqanıstan arasında ayrıca bir neçə əməkdaşlıq sənədi imzalanıb.

“Gücləndirilmiş Qitə” qlobal kontekstdə: “İstanbul Prosesi” üstəgəl “Yeni İpək Yolu”

Bu hadisənin geosiyasi əhəmiyyəti bir neçə aspektdə özünü büruzə verir. Əslində, bu barədə Prezident İlham Əliyev dolğun nitqində bəhs edib. “Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstandan başlayaraq Türkiyəyə qədər uzanan geosiyasi məkanda ölkələr arasında iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sferalarında əməkdaşlığı qarşısına məqsəd kimi qoyduğundan onun səmərəli beynəlxalq əməkdaşlıq formatı olduğunu deyə bilərik. Həmin aspektdə dövlət başçısı İlham Əliyev nitqində vurğulayıb: “Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır” (bax: əvvəlki mənbəyə).

Buradan görünür ki, “İstanbul Prosesi” beynəlxalq hüququn prinsiplərinə tam sədaqətlilik əsasında davam edir və bir neçə ölkənin sıx əməkdaşlığına böyük imkanlar yaradır. Azərbaycanın buradakı geosiyasi rolu isə xüsusi olaraq qeyd edilməlidir. Məsələnin mahiyyəti İlham Əliyevin nitqində gətirdiyi faktlarda tam olaraq açılıb. Belə ki, Azərbaycan energetika, nəqliyyat və təhlükəsizliyin təmini sahələrində “İstanbul Prosesi”nə ciddi dəstək verir.

Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması, “Lapis-Lazuli” layihəsi üzrə sazişin imzalanması, Bakıda yeni limanın tikilməsi ayrıca vurğulanmalıdır. Ölkə rəhbəri həmin bağlılıqda qeyd edib: “Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir... Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış “Lapis-Lazuli” razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır...” (bax: əvvəlki mənbəyə).

Deməli, “Asiyanın Qəlbi - İstanbul Prosesi” daha geniş miqyasda geosiyasi inteqrasiyanın real mexanizmlərindən biri kimi çıxış edir. Onun digər layihələrdən iki fərqini vurğulamaq gərəkdir. Birincisi, yeganə beynəlxalq təşəbbüsdür ki, uzun illərdir qan içində olan Əfqanıstanı böyük geosiyasi məkanın mərkəzi kimi qəbul edib, onun dünya ilə əməkdaşlığını sistemli təşkil etmək məqsədi daşıyır. Dünyanın inkişaf etmiş böyük gücləri başlıca olaraq yeni silahlarını Əfqanıstanda sınaqdan keçirməklə məşğuldursa, Türkiyənin təşəbbüsü ilə bir neçə dövlət öz üzərinə çox humanist bir missiyanı götürüb.

İkinci fərq bu Prosesin “Yeni İpək Yolu” layihəsi ilə həmahəng olmasından ibarətdir. Çünki Çinin irəli sürdüyü həmin layihədə əsas məqsəd böyük geosiyasi məkanda qarşılıqlı faydalı əməkdaşlıq, təhlükəsizlik, sülh və dövlətlərin birgə inkişafı kimi müəyyənləşib. Eyni tezislər “İstanbul Prosesi”nin başlıca məqsədlərini təşkil edir. Deməli, bu iki layihənin bir-birini tamamlamasından səmərəli və rasional surətdə istifadə etmək olar.

Onun əsas xətti İslam ölkələri ilə başqalarının dialoqu və əməkdaşlığına real məzmun verməkdən ibarət ola bilər. Məhz bu prizmadan İlham Əliyevin öz nitqində vurğuladığı “Asiyanın Qəlbi - İstanbul Prosesi” sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizmdir” tezisinin dərin nəzəri və praktiki mənası var. Bizcə, həmin Prosesin başlıca geosiyasi əhəmiyyətinə məhz bu fikir prizmasından yanaşmaq daha doğrudur.

Bununla, Azərbaycan növbəti dəfə dünya səviyyəli bir tədbirə uğurla ev sahibliyi etdi. Bakı qlobal miqyasda sülh, əməkdaşlıq, barış, terrorla mübarizə və qarşılıqlı inkişaf məsələlərinə real töhfələr verdiyini nümayiş etdirməkdədir. Şübhə yoxdur ki, bu cür fəaliyyət əvvəl-axır təcavüzkar Ermənistanı yerində oturtmağa aparıb çıxaracaq. Tədbirdəki çıxışında Əfqanıstan Prezidenti də Azərbaycana qarşı elan olunmamış müharibənin aparıldığını ayrıca qeyd edib, münaqişənin ədalətli həll olunacağına inamını ifadə edib.

Bu kimi fikirlər son zamanlar ən mötəbər beynəlxalq tədbirlərdən səslənir. Şübhə yoxdur ki, bunlar Azərbaycan rəhbərliyinin apardığı uğurlu və səmərəli xarici siyasətin birbaşa nəticəsidir. Həmin çərçivədə deyə bilərik ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə Azərbaycan bundan sonra da səmimi, aktiv və səmərəli fəaliyyətini davam etdirəcək. Sülh, barış, sabitlik və əməkdaşlıq naminə!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Hər il bitki zərərvericiləri və xəstəlikləri kənd təsərrüfatı məhsullarının 40 faizinin itkisinə səbəb olur

Qoşqar Təhməzli: “Bitki sağlamlığı haqqında” qanun layihəsi razılaşdırılması üçün digər qurumlara göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

AQTA sədri: Ötən il bitki sahəsində ixracatçı ölkələrə 829 bildiriş göndərilib

Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan paraatletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Dünya birjalarında neft ucuzlaşıb

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək

ADAU-da Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib

İlk mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfər köçürüləcək

Azərbaycan neftinin bahalaşması davam edir

Tarixin ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılır