QAN YADDAŞI
ASTARA PEDAQOJİ TEXNİKUMUNDA “31MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ TARİXİMİZİN QANLI SƏHİFƏSİDİR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Astara, 31 mart (AZƏRTAC). Astara Pedaqoji Texnikumunda “31 Mart - Azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Toplantıda texnikumun direktoru Əlihəsən Həmzəyev bildirmişdir ki, yüzilliklər boyu ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti müntəzəm ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə bu siyasət qanlı üsullarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır.
Soyqırımı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının qətlə yetirildiyini, müxtəlif təcavüzlərə məruz qaldığını və doğma torpaqlarından qovulduğunu vurğulayan Ə.Həmzəyev, erməni millətçiləri tərəfindən bu siyasətin bu gün də davam etdirildiyini bildirmişdir.
Konfransda texnikumun müəllimi Şükran Şabanov mövzu ilə bağlı məruzə etmişdir.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətini pisləmiş, düşmən tapdağı altında olan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağına əminliklərini ifadə etmişlər.
Sonda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tələbələr arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilmişdir.