İDMAN
“Atalanta” və “Leyptsiq” dörddəbir finala vəsiqə qazanan ilk komandalar olub
Bakı, 11 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 10-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, öz meydanında 4:1 hesabı ilə məğlub edən “Atalanta” (İtaliya) səfərdə İspaniyanın “Valensiya” klubunun qonağı olub.
Görüş bu dəfə də italyanların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Atalanta”nın heyətində hər dörd qolu Josip İliçiç vurub. “Valensiya”da isə Kevin Qameyro və Ferran Torres fərqlənib.
Günün digər qarşılaşmasında Almaniyanın “Leyptsiq” klubu öz meydanında İngiltərənin “Tottenhem” komandasını qəbul edib. Marsel Sabirzer (2) və Emil Forsberqin qolları sayəsində “Leyptsiq” üç cavabsız qolla rəqibinə qalib gəlib. Bu komandaların arasında Londonda baş tutan görüşdə “Leyptsiq” minimal hesabla qalib gəlmişdi (1:0).