İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi onun adına və nüfuzuna xələl gətirən şəxslərə xəbərdarlıq edib
Bakı, 19 may, AZƏRTAC
Son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizmləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus loqo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur. Bu isə haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
AAYDA bir daha xəbərdarlıq edir ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və qurumun nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər.