Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ilə Malayziya arasında sürətlə inkişaf edən əlaqələr qarşılıqlı faydaya əsaslanır

Azərbaycan ilə Malayziya arasında sürətlə inkişaf edən əlaqələr qarşılıqlı faydaya əsaslanır

Kuala-Lumpur, 26 iyun (AZƏRTAC). Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə vermişdir.

Müsahibəni təqdim edirik.

-Cənab səfir, Azərbaycan ilə Malayziya arasında əlaqələri necə səciyyələndirərdiniz?

-Azərbaycan ilə Malayziya arasında əlaqələr sürətlə inkişaf edir və qarşılıqlı faydaya əsaslanır. Malayziya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımış və iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin aprelində yaradılmışdır.

Vurğulamaq istərdim ki, Azərbaycan ilə Malayziya arasında yüksək səviyyəli əlaqələrin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 1994-cü ildə Mərakeşdə keçirilmiş VII Zirvə toplantısında ilk dəfə olaraq ulu öndər Heydər Əliyev Malayziyanın sabiq Baş naziri Mahathir bin Mohamadla görüşmüş, bununla da iki ölkə arasında münasibətlərin əsası qoyulmuşdur. 2006-cı ildən isə İki ölkə arasında rəsmi əlaqələr intensiv xarakter almışdır. Həmin il Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya rəsmi səfərə gəlmişdir. 2006-cı ilin avqustunda Baş nazir Artur Rasizadə Kuala Lumpurda İƏT-in fövqəladə Zirvə toplantısında iştirak etmiş, 2012-ci ilin noyabrında isə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Malayziyaya rəsmi səfəri olmuşdur. Bu ilin martından isə Malayziyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlaması ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.

Ötən dövrdə tərəflər arasında informasiya texnologiyaları, təhsil, mədəniyyət, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq əlaqələri yaradılmışdır və bu əlaqələr getdikcə daha intensiv xarakter almaqdadır.

-Malayziya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi, mədəni və digər sahələrdə əlaqələri necə xarakterizə edərdiniz?

-Qeyd edim ki, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq da digər sahələr kimi inkişafdadır. 2012-ci ilin dekabrından “Malayziya Hava Yolları” şirkəti birgə yükdaşıma əməliyyatlarının həyata keçirilməsi üzrə razılaşma əsasında Heydər Əliyev Beynəlxalq Hava Limanını əsas tranzit uçuş məntəqəsi seçmişdir. Daha sonra Azərbaycan və Malayziyanın hava nəqliyyatı qurumları arasında əməkdaşlığa dair Anlaşa Memorandumu və 2013-cü ilin fevralında bunun davamı olaraq iki ölkənin “Silk Way Airlines” və “MASkargo” aviaşirkətləri arasında əməkdaşlığa dair sənəd imzalanmışdır.

2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” Malayziyanın “Measat Satellite Systems” (MEASAT) aerokosmik şirkəti ilə birlikdə həyata keçirilən uğurlu əməkdaşlıq nəticəsində orbitə buraxılmışdır. “Azərspace-1” peykinin yerləşdiyi 46 dərəcə Şərq uzunluq dairəsinə dair orbital mövqe həmin şirkətdən 15 il müddətinə icarəyə götürülmüşdür.

Ötən dövrdə iki ölkə arasında müdafiə sənayesi sahəsində də əlaqələr inkişaf etmişdir. Cari ilin aprelində Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti Malayziyada keçirilən DSA-2014 beynəlxalq müdafiə sərgisində iştirak etmişdir. Sərgi zamanı Azərbaycanın istehsal etdiyi müdafiə sənayesi məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, bir sıra şirkətlərlə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.

Bu yaxınlarda Malayziya iqtisadiyyatının lokomotivi olan “PETRONAS” şirkətlər qrupunun prezidentinin Azərbaycana ilk səfəri baş tutmuşdur. Bu səfər ərəfəsində iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təsir göstərəcək qərarlar qəbul olunmuşdur. Eyni zamanda, Malayziya Avropanın enerji təminatında mühüm rol oynayacaq TANAP layihəsinə investisiya qoyuluşunda maraqlıdır və bu beynəlxalq əhəmiyyətli layihədə iştirak etmək niyyətindədir.

Bundan başqa, Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində təşkil edilən təcrübə kurslarında müxtəlif sahələrdən, o cümlədən vergi, gömrük, fövqəladə hallar, statistika, meteorologiya, turizm, elm, televiziya yayımı, diplomatiya sahələrindən azərbaycanlı mütəxəssislər iştirak edirlər.

İki ölkə arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq da uğurla davam etdirilir. Cari ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda Perak Sultanlığının Sultanı Azlan şahın da iştirakı gözlənilir. Sultanlığın paytaxtı İpo şəhəri ilə Naxçıvan şəhəri arasında qardaşlaşma müqaviləsinin imzalanması istiqamətində hazırlıq işləri aparılır.

Elm sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Malayziyanın gənc alimləri mayda Bakıda keçirilmiş Gənc alimlərin konfransında fəal iştirak etmişlər.

-Cənab səfir, bilirsiniz ki, Azərbaycan üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı Malayziya ictimaiyyəti nə qədər məlumatlıdır və bu istiqamətdə səfirlik nə kimi işlər görür?

- Əlbəttə, səfirliyimiz ilk növbədə Malayziya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini çatdırmağa çalışır. Malayziya Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyır və bu, rəsmi sənədlərdə də öz əksini tapmışdır.

Səfirliyin təşkil etdiyi tədbirlər vasitəsilə yerli ictimaiyyətin münaqişənin mahiyyətinə dair daha geniş məlumatlandırılması sahəsində mütəmadi iş aparır. Bu xüsusda dövlət rəsmiləri, parlament üzvləri, ictimaiyyətin müxtəlif dairələri, mətbuat nümayəndələri ilə keçirilən görüşlər mühüm rol oynayır. Həmçinin yerli mətbuatda müntəzəm çıxışlarla yanaşı, malay dilində kitabların nəşrinə də xüsusi diqqət yetirilir. Malayziyalı gənclərin münaqişə ilə bağlı ətraflı məlumatlandırılması da səfirliyin diqqət mərkəzindədir və bir sıra universitetlərdə mövzu ilə bağlı “dəyirmi masa”ların təşkili barədə qərarlar qəbul olunmuşdur. Bundan əlavə, cari ilin payızında bir neçə universitetin tələbələrinin iştirakı ilə “Azərbaycan haqqında nə bilirsən?” adlı müsabiqənin keçirilməsi və qaliblərin ölkəmizə səfəri planlaşdırılır.

Malayziya parlamentinin rəhbərliyi ilə aparılmış müzakirələr zamanı Xocalı soyqırımının tanınmasına dair razılıq əldə edilmişdir. Məsələnin müvafiq prosedurlardan sonra reallaşacağını gözləyirik.

-Malayziyada yaşayan Azərbaycan icması ölkəmizlə bağlı məsələlərdə fəaldırmı və səfirliyin diaspor ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?

-Səfirlik Malayziyada yaşayan soydaşlarımızla sıx əlaqədədir. Malayziyadakı soydaşlarımızın sayının nisbətən məhdud olmasına baxmayaraq, onların fəaliyyətini kifayət qədər uğurlu hesab etmək olar. Diaspor üzvləri Azərbaycanın təbliği istiqamətində hər zaman fəallıq göstərməyə çalışır və təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə yerli əhalinin ölkəmizi daha yaxından tanıması üçün səylər göstərirlər.

Azərbaycan və Malayziya təhsil nazirliklərinin həyata keçirdiyi proqramlara uyğun olaraq hazırda bu ölkədə 25 azərbaycanlı tələbə təhsil alır. Hazırda malay şirkətlərində müvafiq mövqe qazanmış azərbaycanlılar da vardır ki, onlar həmin şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasında bizə yaxından kömək edirlər.

-Azərbaycanın sürətli inkişafı barədə artıq bütün dünyada və çox güman ki, Malayziyada da kifayət qədər məlumatlıdırlar. Bəs malayziyalı turistlərin Azərbaycana cəlb edilməsi işi hansı səviyyədədir?

-Azərbaycan və Malayziya arasında turizm sahəsində əlaqələr inkişaf edir və bu sahədə yaxşı potensial vardır. Malayziyadan Azərbaycana yalnız iş adamlarının deyil, turistlərin də axını artmaqdadır. Səfirlik tərəfindən son aylar verilmiş vizaların əksəriyyəti turistlərə məxsusdur. Səfirliyin təşəbbüsü ilə yerli turizm şirkətləri ilə təşkil edilən görüşlər bu işdə mühüm rol oynayır. Həmin görüşlərdə Azərbaycanın turizm potensialı, istirahət yerləri, mehmanxanalar və digər turizm infrastrukturu ilə bağlı geniş təqdimatlar keçirilir. Bundan əlavə, Malayziyada MDB ölkələri haqqında malay və rus dillərində xüsusi jurnalın nəşri planlaşdırılır. Belə bir nəşr ölkəmiz haqqında məlumatın kütləvi şəkildə yayılmasına və daha çox insanın bu barədə məlumat əldə etməsinə əhəmiyyətli təsir göstərəcəkdir.

2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Malayziyada Azərbaycana maraq həddindən artıq çoxalmışdır. Səfirliyə Azərbaycana turizm turlarının təşkili ilə bağlı müraciətlərin sayının artmasında bu məsələ mühüm rol oynayır. Malay turistləri Qafqazı, xüsusən onun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanı yaxından tanımaq istəyirlər. Söz yox ki, ölkəmizdəki ictimai-siyasi sabitlik onlara bu niyyətlərini rahatlıqla reallaşdırmağa imkan verir. Səfirliyimiz isə Azərbaycanın Malayziyada daha geniş tanınması istiqamətində işini bundan sonra da fəal şəkildə davam etdirəcəkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dövlət Komitəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür