İDMAN
Azərbaycan millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb
Bakı, 22 aprel, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi İlham Yadullayev yığmaya 20 oyunçu cəlb edib.
Millinin heyəti: Mehdi Həsənov, Elvin Vəliyev, Vüsal Kərimov, Elşən Atakişiyev (hamısı “Neftçi”), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov, Ümid Səlimov (hamısı “Sabah”), Amin Rzayev, Əli Qazibəyov (hər ikisi “Qarabağ”), Murad Qurbanov (“Zirə”), Fərid Abdinov (“Moskva Futbol Akademiyası”), Tunar Muradov (“Turan Tovuz”), İslam Həsənov (“Srvena Zvezda”, Serbiya), Tuncay Əhmədov, Nadir Nəsibli, Ariz Kərimov, Sinan Mehdizadə, Muhamməd Çodarov (hamısı “Marset”, İspaniya).
Qeyd edək ki, Azərbaycan millisi turnirdə Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.