Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİBİHEYBƏT ZİYARƏTGAH KOMPLEKSİNDƏ OLMUŞDUR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİBİHEYBƏT ZİYARƏTGAH KOMPLEKSİNDƏ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı günü - dekabrın 20-də Bibiheybət ziyarətgah kompleksində olmuşdur.

VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə islam dünyasının 3-cü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı həzrəti Hökümə xanımın məzarı da həmin ziyarətgahdadır. Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlədən xalqımızın iman və inanc yeri olan Bibiheybət ziyarətgahı da sovet dövründə repressiyaya məruz qalmış, 1934-cü ildə buradakı məscid dağıdılmışdır.

Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yenidən həyat verilmişdir. Ümummilli lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak etmişdir.

Heydər Əliyev ideyalarına sadiq qalan və uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapmışdır. Dövlətimizin başçısı 2005-ci ilin oktyabrında buranı ziyarət edərkən fikirlərini bölüşmüş, tövsiyələrini vermişdir. Hazırda Bibiheybət ziyarətgah kompleksinin inşası sürətlə davam etdirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, ərazinin relyefinin mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgahın və buradan keçən magistral yolun genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Köhnə evlər sahiblərinə yeni mənzillər verilməklə və ya konpensasiya ödənilməklə sökülmüşdür. Tikintinin ümumi sahəsi 1800 kvadratmetrdən çoxdur. Məscidin yaxınlığından keçən magistralın 1,8 kilometri genişləndirilərək, 30-34 metrə çatdırılmışdır. Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına veriləcəkdir. Burada aparılan yenidənqurma tədbirləri ölkəmizdə dini dəyərlərə nə qədər həssaslıqla yanaşılmasının bariz nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, məsciddə eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür. Qadınlar və kişilərin ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılmışdır. Namaz qılınacaq yerin döşəməsinin altında xüsusi istilik sistemi quraşdırılmışdır. İnşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda yerinə yetirilir.

Kompleksdə çoxlu yardımçı otaqlar da tikilmişdir.

Hər cür şəraiti olan qurbangah da yaradılmışdır. İndiki Qurban bayramı münasibətilə bu ziyarətgahda kəsilən qurbanlar Bibiheybət qəsəbəsində yaşayan aztəminatlı insanlara və şəhid ailələrinə paylanılmışdır. Kompleksdə yeməkxana, meyitlərin yuyulması üçün xüsusi yer də olacaqdır.

Ziyarətgahın axundu Hikmət Əlizadə bildirdi ki, layihəçilər, inşaatçılar bütün işləri yüksək səviyyədə görürlər. Buranın ayrıca qazanxanası, su təchizatı sistemi vardır. Bütün kommunikasiya sistemi mükəmməl şəkildə quraşdırılır.

Dövlətimizin başçısına kompleksin üst hissəsində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, burada geniş meydança olacaq, yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.

Prezident İlham Əliyev Xəzərin sahilinin bu hissəsində görüləcək digər işlərdən də danışdı, ziyarətgahda davam etdirilən yenidənqurma tədbirləri barədə tapşırıqlarını verdi, buradan paytaxtın mənzərəsini seyr etdi. Dövlətimizin başçısı burada xatirə şəkli çəkdirdi.

Sonra Prezident İlham Əliyev həzrəti Hökümənin məzarını ziyarət etdi. Şeyxülislam Allahşükür Paşazadə həzrəti Hökümənin və imamın burada dəfn edilmiş 3 nəvəsinin ruhuna dua oxudu.

Prezident İlham Əliyev ziyarətgahda nəzir verdi.

Dövlətimizin başçısına məsciddə yüksək zövqlə aparılan tərtibat işləri barədə geniş məlumat verildi. Bildirildi ki, məscidin mərkəzi salonu, foyenin tavanı, divarlar incə naxışlarla bəzədiləcəkdir. Məscidin günbəzində Qurani Kərimdən surə yazılacaqdır. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapacaqdır.

Dindarlar bildirdilər ki, demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini ocaqlarda bu cür yüksək səviyyədə yenidənqurma işlərinin aparılması böyük razılıq doğurur. Azərbaycan Prezidentinin bu işlərə bilavasitə nəzarət etməsi isə xüsusi rəğbət doğurur.

Prezident İlham Əliyev dini ocaqlarda ən müasir standartlara cavab verən əsaslı təmir və yenidənqurma işlərinin bundan sonra da davam etdiriləcəyini vurğuladı, Bibiheybət ziyarətgahında görülən işlərdən razılığını bildirdi, müqəddəs Qurban bayramı münasibətilə ən xoş arzularını çatdırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib