Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİLƏSUVAR RAYONUNA GƏLMİŞDİR
HEYDƏR ƏLİYEV PARKINI ZİYARƏT

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİLƏSUVAR RAYONUNA GƏLMİŞDİR  HEYDƏR ƏLİYEV PARKINI ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Beyləqandan Biləsuvar rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə gələrək, buradakı Heydər Əliyev parkını ziyarət etdi, ulu öndərin büstü önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2004-cü ildə salınmış parkın sahəsi 2 hektardır. Bu il parkda əsaslı təmir işləri aparılmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə quraşdırılmışdır. Burada 3 minə yaxın ağac və bəzək kolları əkilmişdir.

Sonra dövlətimizin başçısı burada sakinlərlə görüşüb söhbət etdi.

QƏSƏBƏ SAKİNİ (qadın): Xoş gəlmisən, gələn qədəmlərinə qurban olum. Atana da, Sənə də qurban olum.

QƏSƏBƏ SAKİNİ (kişi): Cənab Prezident, xoş gəlmisiniz. Sizi bu müqəddəs məkanda salamlayırıq. Növbəti illərdə də Sizi Prezident görmək istəyirik. Azərbaycanda gedən böyük quruculuq işləri hamımıza məlumdur. Qarşıdakı illərdə bu işlərin davamı olacaqdır. Amma bu il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcəkdir. Çox güman ki, prezidentlik həvəsinə düşənlər tapılacaqdır. Amma mən əminəm ki, əgər onların hamısı birlikdə ümumi seçicilərin 1 faiz səsini toplasa, adları ya “Qırmızı kitab”a, yaxud da Ginnesin rekordlar kitabına düşəcəkdir. Bir daha xoş gəlmisiniz. Biz cəbrayıllıların səsi Sizə halaldır.

QƏSƏBƏ SAKİNİ (qadın): Cənab Prezident, Sənə atanın yolunu həmişə davam etdirməyi arzulayıram. Allah-taaladan arzum budur ki, həmişə başın uca olsun, qəlbin açıq olsun. Biz cəbrayıllılar bu gün Səni görməyimizə çox sevinirik. Allah atana rəhmət eləsin, onun yolunu davam etdirirsən. Qızın Leyla Moskvadadır, o, televizorda görünəndə az qalıram duram, onun üzündən öpəm. Birdən qaçıb öpürəm də, balamın torpağı haqqı. Prezident seçkilərində bütün Cəbrayıl camaatı Sənə səs verəcək, daimi Prezidentimiz olacaqsan. Əmin ola bilərsən. Cəbrayıl camaatını Sənə, Səni də Allaha tapşırıram. Sağ ol, başına dönüm.

Gedək bircə stəkan çayımızı iç. Səngərdə əsgərlərin yanında çay içmisən ha, onda da səni öpmüşəm. Gedək, bircə stəkan çayımızı iç.

Çay süfrəsi arxasında davam etdirilən söhbət zamanı Prezident İLHAM ƏLİYEV dedi: Təxminən beş il əvvəl buraya gəlmişdim. İlk qaçqın qəsəbəsi məhz burada açılmışdı. Xatirimdədir, prezident seçkiləri ərəfəsində idi, onda Baş nazir idim.

QƏSƏBƏ SAKİNİ (qadın): Hə, onda mənim balamın adını daşıyan məktəbə birinci girmisən. Ayaqlarına mən anan qurban.

İLHAM ƏLİYEV: İndi bura gözəl bir məkan olubdur. Birinci qaçqın şəhərciyi indi abadlaşıb, şəkillərini göstərmişdilər, gördüm ki, ağaclar əkilib.

QƏSƏBƏ SAKİNİ (kişi): Cənab Prezident, Siz Cəlilabad rayonuna getmişdiniz. Dediniz ki, dünyanın heç bir yerində bu gözəllik yoxdur. O gözəlliyi yaratmaq üçün gözəl insanlar lazımdır. O da Sizsiniz. Çox sağ olun ki, quruculuq-abadlıq işləri görürsünüz.

QƏSƏBƏ SAKİNİ (qadın): Bir stəkan çay iç. Mən heç yerdə məclisdə çay içməmişəm. Sənin eşqinə burada çay içirəm. Hə, ürəyim sevindiyinə görə içirəm.

İLHAM ƏLİYEV: Təzə qəsəbələr salındı, böyük işlər görülübdü. Artıq buralarda 20 min nəfər Cəbrayıl köçkünü məskunlaşmışdır. Mən çalışıram ki, hər şey yaxşı olsun.

QƏSƏBƏ SAKİNİ (qadın): Bakıda gözəl körpülər salırsan. Gedirsiniz uşaq evlərinə. Xanımına da mənim, hamımızın, bütün köçkünlərin salamını çatdırarsan. O sadəliyinizlə ki, körpələri qucağınıza alırsınız, and olsun Allaha, dağa dönürəm, qaçıram televizorda Sizi öpürəm, bir də qayıdıram. Bizim belə Prezidentimiz var. Həmişə Allah Sənin kürəyində dursun, biz də Sənin sayəndə dolanaq.

İLHAM ƏLİYEV: Elə də olmalıdır. Biz hamımız çalışmalıyıq ki, ölkəmizdə işlər daha da yaxşı getsin və insanların sosial problemləri həll olunsun. Ehtiyac içində yaşayanlara, kimsəsiz uşaqlara, məcburi köçkünlərə - yəni əziyyət çəkən insanlara, ilk növbədə qayğı göstərilməlidir. Bu illər ərzində biz bütün çadır şəhərciklərini ləğv etdik, biri də qalmayıbdır. Birinci qəsəbə burada salınmışdı, sonuncu da burada salındı. 12 çadır şəhərciyi indi yoxdur. Biz bunu 4 il ərzində etmişik. İndi Dövlət proqramına əlavələr edilibdir. Bu əlavələr nəticəsində növbəti illərdə təxminən 500 milyon manat vəsait xərclənəcək ki, hərbi hissələrin ərazisində, fin evlərində, yararsız halda olan yataqxanalarda yaşayanları da belə evlərə köçürək. Ev, məktəb, xəstəxana, tibb məntəqəsi, uşaq bağçası, yollar, elektrik enerjisi var. İndi mənə müraciət edirlər ki, qaz xətti də çəkilsin. Onu da edərik. Qazlaşdırmanı aparırıq. Onu da edəcəyik və rayon icra hakimiyyəti də burada yerləşəcəkdir. Bu da məqsədəmüvafiq olacaq, çünki Cəbrayıl rayonu əhalisinin üçdəbir hissəsi buradadır.

İndi Azərbaycan həqiqətləri, yəni ictimai-siyasi vəziyyət belədir ki, insanlar hər şeyi görürlər. O insanlar ki, işləyirlər, öz əməli işləri ilə adamlara qayğı göstərirlər, xeyir gətirirlər, onlar siyasi səhnədə olacaqlar. O insanlar ki, ancaq necə deyərlər, boşboğazlıqla məşğuldurlar, heç bir sahədə heç bir müsbət addım atmayıblar, onlara nə siyasi səhnədə, nə də ictimai həyatda yer yoxdur. Bu, indi reallıqdır. Bəzən deyirlər ki, Azərbaycanda nə üçün müxalifət yoxdur, nə üçün zəifdir. Axı biz öz işimizlə vəziyyəti belə bir səviyyəyə gətirdik ki, indi insanlar özləri bilirlər ki, kim nəyə qadirdir. Bilirsiniz ki, Azərbaycanda demokratiyadır, demokratik cəmiyyətdir, bütün hüquqlar var, siyasi fəaliyyət sərbəstdir, söz azadlığı var, sərbəst toplaşmaq azadlığı var, yəni demokratik ölkəyə xas olan bütün şərait var. Sadəcə olaraq, insanlar artıq çoxdandır yaxşını pisdən ayıra bilirlər və real işləri dəstəkləyirlər. Əgər mən bu dəstəyi hiss etməsəydim, bəlkə də, bütün bu işləri görmək mümkün olmazdı. İndi ölkəmiz də güclənir, beynəlxalq imkanlarımız artır, iqtisadi baxımdan güclənmişik. Bütün bu şəhərcikləri biz nəyin hesabına saldıq? 56 qəsəbə tikilibdir. 56 qəsəbə - bu, zarafat deyil! Bütün qəsəbələrdə 17 min ev var, yollar, infrastruktur var.

ƏLİ HƏSƏNOV (Dövlətqaçqınkomun sədri): 850 kilometr elektrik xətti, 560 kilometr yol, 480 kilometr su xətti - bunlar böyük bir şəhərin infrastrukturudur.

İLHAM ƏLİYEV: Bütün bunları biz Azərbaycanın iqtisadi imkanları hesabına etmişik.

QƏSƏBƏ SAKİNİ (kişi): Onun da memarı Sizsiniz.

ƏLİ HƏSƏNOV: Yeni qəsəbələrdə 70 min məcburi köçkün yaşayır.

İLHAM ƏLİYEV: 70 min və növbəti illərdə də 200 mindən çox olacaqdır. Gərək hər kəs öz vəzifə borcunu yerinə yetirsin. Xalq mənə inanır, etimad göstərir. Mən də xalqa xidmət edirəm. Sizi də görməyimə çox şadam. Çox şadam ki, bu bölgə də abadlaşıbdır. Ancaq biz sizinlə Cəbrayılda görüşəcəyik.

QƏSƏBƏ SAKİNLƏRİ: Allahın köməkliyi ilə, balaca Heydər də böyük Heydər olacaqdır.

İLHAM ƏLİYEV: O vaxt da gələcək və biz öz siyasətimizlə, öz imkanlarımızla və güclənən ordu potensialımızla bu günü yaxınlaşdırırıq. Bu ədalətsizliyə dözmək mümkün deyil. İndi daha da güclənməliyik ki, istədiyimizə nail ola bilək. Çox sağ olun.

QƏSƏBƏ SAKİNİ (qadın): Yenidən Prezident seçiləndən sonra xanımınla Səni buraya gəzməyə dəvət edirəm. Allahın köməkliyi ilə, başına dönüm. Çox sağ ol.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu