RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NATO PARLAMENT ASSAMBLEYASININ SƏDRİ JOZE LELLONU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında NATO Parlament Assambleyasının sədri Joze Lellonu qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycanla NATO Parlament Assambleyası arasında əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından keçirilən müzakirələrin və görüşlərin qarşılıqlı surətdə faydalı olduğunu vurğuladı.
Joze Lello NATO Parlament Assambleyası ilə ölkəmizin fəal əməkdaşlıq etdiyini, əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində Azərbaycan nümayəndə heyətinin NATO Parlament Assambleyasındakı səmərəli fəaliyyətini qeyd etdi.
Görüşdə Azərbaycanla NATO Parlament Assambleyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######