RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ CAVİD QUREYŞİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Pakistan arasında dostluq əlaqələrinin bütün istiqamətlərdə müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayaraq, səfir kimi Cavid Qureyşinin ölkəmizdə fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirdi.
Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirdi və iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini söylədi.
######