RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA RESPUBLİKASININ “XİDMƏTLƏRƏ GÖRƏ” BÖYÜK XAÇ ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni ilə təltif olunmuşdur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ordeni Azərbaycan Prezidenti İlham Əliyevə fevralın 26-da Varşavada, Polşa Prezidentinin sarayında Polşa Prezidenti Lex Kaçinski təqdim etmişdir.
Bu mükafat dövlətimizin başçısına ölkələrimiz arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə verilmişdir.
######