RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovun etimadnaməsini qəbul etmişdir.
Serik Primbetov Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və Qazaxıstanın diplomatik nümayəndəliyinin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Qeyd olundu ki, ölkələrimiz arasında əlaqələrin uğurla inkişafı ikitərəfli münasibətlərin, eyni zamanda, regional səviyyədə əməkdaşlığın genişlənməsinə xidmət edir.
Söhbət zamanı qarşılıqlı əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
######