RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ ALİ MƏHKƏMƏSİNİN SƏDRİ OSMAN ARSLANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Prezident sarayında Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksək səviyyədə olduğu vurğulandı, hüquq mühafizə və ədalət mühakiməsi orqanlarının əməkdaşlığının da qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verdiyi bildirildi. Türkiyə Ali Məhkəməsi sədrinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə əminlik ifadə olundu.