Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANA DÖVLƏT SƏFƏRİ
PREZİDENT İLHAM ƏLİYEVƏ MACARISTANIN NÜFUZLU KORVİNUS UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANA DÖVLƏT SƏFƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ MACARISTANIN NÜFUZLU KORVİNUS UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR

Xəbər verdiyimiz kimi, fevralın 18-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir.

Ali təhsil ocağına gələn Azərbaycan Prezidenti İlham Əliyevi universitetin rektoru Tamaş Mesaroş binanın önündə hörmətlə qarşıladı.

Əvvəlcə Elmi Şura üzvlərinin iştirakı ilə görüş keçirildi. Tamaş Mesaroş dövlətimizin başçısına təhsil ocağı barədə məlumat verərək bildirdi ki, Mərkəzi Avropada ən böyük ali məktəblərdən sayılan bu universitetin 7 fakültəsində 17 mindən artıq tələbə təhsil alır, 620 nəfərdən çox professor-müəllim heyəti çalışır. Son 5 ildə universitet fəxri doktor adını yalnız Azərbaycan Prezidenti İlham Əliyevə vermişdir. 1919-cu ildə yaradılmış universitet İkinci Dünya müharibəsi zamanı bağlansa da, sonradan öz fəaliyyətini bərpa etmişdir.

Prezident İlham Əliyev fəxri doktor mantiyasını geyindi.

Sonra konfrans salonunda mərasim keçirildi. Salona toplaşanlar dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı alqışlarla qarşıladılar.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru NORBERT KİŞ dövlətimizin başçısını və xanımını, eləcə də Azərbaycan nümayəndə heyətini salamladı, universitetin rəhbərliyini və Elmi Şuranın üzvlərini təqdim etdi.

İctimai elmlər fakültəsinin dekanı, professor JOLT ROSTOVANİ Prezident İlham Əliyevin tərcümeyi-halını oxuyaraq dedi:

-Xanımlar və cənablar, bu təqdimat qəbul edilmiş qərarın aid olduğu şəxsiyyətə, Azərbaycanın Avropaya inteqrasiyası yolunda atılmış birinci addımların müəllifinə həsr olunur. O, elə bir şəxsiyyətdir ki, Xavyer Solana onu Avropa İttifaqının böyük dostu adlandırmışdır. Çünki o, ölkəsində siyasi və demokratik islahatların həyata keçirilməsi üçün müvafiq əsasları və Avropanın şərq qapısında yerləşən məkanda müasirləşmə və iqtisadi inkişafa şərait yaratmışdır.

Prezident İlham Əliyev ölkədaxili və beynəlxalq məsələlərin həllinə praqmatik yanaşmadan istifadə edir. O, müasir dünyanı çox yaxşı tanıyır və təşəbbüskardır. Cənab Əliyev Qonşuluq siyasəti çərçivəsində tədbirlər planının tərtib olunmasına fəal şəkildə töhfə vermişdir. Çünki bilir ki, Avropa İttifaqının Qonşuluq siyasəti Azərbaycanın siyasi və iqtisadi meyarlarını Avropa standartlarına uyğunlaşdırmaq imkanı yaradacaqdır.

1990-cı illərin əvvəllərində böyük dəyişikliklərlə üzləşmiş Cənubi Qafqaz ölkələrinə gəldikdə, Prezident İlham Əliyev qətiyyətlə inanır ki, islahatlar prosesi davam etməlidir. Hazırda Azərbaycanın həyata keçirdiyi siyasət ölkənin dəyərlərini Avropa dəyərlərinə daha da yaxınlaşdırır. Prezident aydın şəkildə bəyan etmişdir ki, Azərbaycan Avropa İttifaqına olduqca sadiq qalan maraqlı tərəfdaşdır. O bildirir ki, ölkəsi Avropa İttifaqı ilə münasibətlərinə böyük önəm verir.

Prezident Əliyev 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Bundan sonra, o, həmin institutda aspiranturaya qəbul olunmuş və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-1990-cı illərdə cənab İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mühazirələr oxumuşdur.

Cənab Əliyev siyasi elmlər üzrə ekspertdir. O, beynəlxalq münasibətlər və suveren Azərbaycanın neft strategiyasının geosiyasi aspektləri sahəsində bir çox tədqiqat işlərinin müəllifidir. Onun yazdığı əsas kitablardan ikisi “Azərbaycan nefti dünya siyasətində” və “Azərbaycanın Xəzər nefti” adlanır. 1991-1994-cü illərdə o, özəl sənaye-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-2003-cü illərdə cənab İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. O, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Prezident Əliyev Avropada, o cümlədən Macarıstanda enerji təchizatı mənbələrinin şaxələndirilməsini dəstəkləyir. Onun prezidentliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Həmin addımlar Azərbaycanı Avropa ailəsinə inteqrasiya etməkdə yardımçı olmuşdur.

1995-2000-ci illərdə, o, iki dəfə Azərbaycan Respublikasının Milli Məclisinə - parlamentə seçilmişdir.

2001-2003-cü illərdə o, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və AŞPA-nın büro üzvü seçilmişdir. 2004-cü ilin aprel ayında cənab Əliyev AŞPA-nın tədbirlərində fəal iştirakına və Avropa dəyərlərinə sadiqliyinə görə AŞPA-nın medalı və fəxri üzvü diplomu ilə təltif olunmuşdur. 1997-ci ildən etibarən cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdir. İdman və Olimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərinə görə cənab Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ən yüksək ordeni - Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Şöhrət zolağı” ilə təltif olunmuşdur.

2003-cü ilin oktyabrın 15-də, o, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident Əliyev Macarıstanla əlaqələri olduqca mühüm sayır. Azərbaycan Prezidenti seçildikdən bir neçə ay sonra məhz cənab Əliyev Macarıstanda səfirlik açmaq barədə qərar qəbul etmişdir. Həmin vaxtdan etibarən o, müxtəlif sahələrdə çalışan bir çox macar nümayəndələrini Azərbaycanda qəbul etmişdir.

Prezident Əliyevin ölkələrimiz arasında elmi əlaqələrə dəstəyi sayəsində son iki il ərzində Budapeştdə iki dəfə Azərbaycan-Macarıstan elmi konfransları təşkil olunmuşdur.

Biz həmçinin qeyd etmək istəyirik ki, açıq qapılar siyasətini və yaxşı idarəçiliyi uğurla həyata keçirdiyini nəzərə alaraq, cənab Əliyev ölkəsində dünyada ən yüksək iqtisadi artım sürətinə nail olmuş və beləliklə, Azərbaycanı regionun aparıcı dövlətinə çevirmişdir.

Prezident Əliyev Budapeştin Korvinus Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlığın möhkəmləndirilməsini arzulayır. Təhsil sahəsində əməkdaşlıq sazişi rektor Mesaroş və Bakı Dövlət Universitetinin, Bakı Ali Diplomatiya Kollecinin rektorları tərəfindən artıq imzalanmışdır.

NORBERT KİŞ: Cənab professor, çıxışınıza görə Sizə minnətdaram.

İndi isə, mən Budapeştin Korvinus Universitetinin rektoru, professor Mesaroşdan fəxri doktor adını namizədə verməsini xahiş edirəm.

TAMAŞ MESAROŞ: Biz - Budaspeştin Korvinus Universitetinin rektoru və Elmi Şurası Sizə, professor İlham Heydər oğlu Əliyevə universitetimizin fəxri doktoru adını veririk. Mənə düşən bu imkandan istifadə edərək, Sizin elmi və peşə işlərinizi yüksək dəyərləndirərək, Mən Sizi fəxri doktor adına layiq görürəm, qanunla və ənənələrlə fəxri doktorlara düşən bütün hüquq və imtiyazları Sizin üzərinizə qoyuram. İndi isə mən ictimai elmlər üzrə fəxri doktor diplomunu Sizə verirəm.

Rektor fəxri doktor diplomunu dövlətimizin başçısına təqdim etdi.

NORBERT KİŞ: İndi isə, mən çıxış etmək üçün yenicə fəxri doktor adını almış İlham Əliyevə söz verirəm. Buyurun, cənab Prezident, söz Sizindir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH