Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Beyləqan rayonunun həyatında çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra rayona təbii qazın verilməsi bərpa olunubdur. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. 20 ilə yaxındır ki, Beyləqana təbii qazın verilməsi dayandırılmışdı. Əlbəttə, hamımız yaxşı bilirik ki, təbii qazın olmaması insanlara əlavə problemlər yaradır. Həm sosial məsələlərin həllinə, həm də iqtisadi inkişafa, sənaye sahəsindəki uğurlara böyük problemlər yaradır.

“Azəriqaz” bu qaz xəttinin çəkilişi üçün çox fəal işlədi və böyük işlər gördü. Son illər ərzində bütövlükdə ölkəmizin hər bir yerinə təbii qazın verilməsi bərpa olunur və hətta tarixdə heç vaxt qazlaşdırılmayan bölgələrə də qaz xətləri çəkilir. Biz bunu ona görə edirik ki, Azərbaycanda bütün bölgələrin inkişafı daha da sürətlə getsin, insanların sosial problemləri həll olunsun, onları narahat edən məsələlər tezliklə öz həllini tapsın. Bu gün Beyləqanda 500 abonentə qazın verilməsi bərpa olunubdur. Bu, sadəcə olaraq, başlanğıcdır, birinci mərhələdir. Ondan sonrakı mərhələlərdə daha 500 abonentə qaz veriləcəkdir. Gələcəkdə, Azərbaycanda qaz hasilatı artdıqca və şəbəkə yarandıqca, əlbəttə, biz çalışacağıq ki, bütün əhalini təbii qazla təmin edək.

Bu gün Azərbaycanda qazlaşdırma bütövlükdə yüksək səviyyədədir. Ölkəmizin 80 faizi qazla təmin olunub. Çalışmalıyıq ki, bu rəqəmi artıraq və bunu etmək üçün imkanlarımız var. Azərbaycan indi böyük həcmdə qaz hasil edən ölkəyə çevrilibdir. Bütün bu uğurların səbəbkarı ulu öndər Heydər Əliyevdir. Məhz onun fəaliyyəti nəticəsində, o cümlədən onun təşəbbüsü ilə icra olunan Azərbaycanın yeni neft strategiyası sayəsində biz bütün bu uğurlara nail ola bilmişik. 1994-cü ildə birinci neft müqaviləsi imzalanmışdır, 1996-cı ildə isə “Şahdəniz” qaz yatağının istismarı üzrə böyük müqavilə bağlanmışdır. Əgər o vaxt bu cəsarətli və müdrik addımlar atılmasaydı, bu gün Azərbaycanın nəinki enerji sahəsində, bütövlükdə, inkişafını təsəvvür etmək çətin olardı.

Siz yaxşı bilirsiniz ki, indi dünyada enerji amili gündəliyin birinci sıralarındadır. Ölkələrin müstəqilliyi, inkişafı və təhlükəsizliyi daha çox enerji daşıyıcılarının olması ilə bağlıdır. Azərbaycan qədim neft ölkəsidir və bizim çox zəngin neft-qaz yataqlarımız vardır. Ancaq onları işə salmaq, investisiyalar gətirmək, neft-qaz kəmərləri çəkmək böyük müdriklik, böyük siyasət tələb edirdi. Ulu öndər Heydər Əliyevin bütün bu sahədəki addımları Azərbaycanın inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə yönəldilmişdi.

Bu gün biz özümüzü enerji resursları ilə təmin edirik. İndi Azərbaycan enerji təhlükəsizliyi baxımından dünya üçün, Avropa üçün əvəzolunmaz ölkəyə çevrilmişdir və bu, təbii ki, bizə əlavə imkanlar yaradır. Biz bu amillərdən çox böyük səriştə ilə istifadə edirik və öz müstəqilliyimizi gücləndiririk. İlk növbədə, ölkəmizin enerjiyə olan tələbatı, demək olar ki, tam şəkildə ödənilir. Əvvəllər elektrik enerjisinin verilməsində olan fasilələr, bu gün demək olar ki, yoxdur. Hətta ən sərt keçən qış mövsümündə də bu baxımdan vəziyyət qənaətbəxş idi. Nəzərə alsaq ki, Azərbaycanda son illər ərzində bir neçə elektrik stansiyası tikilmişdir və növbəti illərdə əlavə stansiyalar tikiləcək, qaz xətləri çəkilir, qazpaylayıcı şəbəkə yaradılır - bu, deməyə əsas verir ki, Azərbaycan həm öz tələbatını maksimum dərəcədə ödəyəcək, həm də qonşu ölkələr, Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevriləcəkdir. Bu, bizə həm iqtisadi dividend gətirir, həm də siyasi çəkimizi artırır.

Azərbaycan artıq dünyada böyük hörmətə malik olan bir ölkədir. Bizim xarici siyasətimiz çox açıqdır, səmimidir və Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Biz iqtisadi inkişafa nail ola bilmişik. Son dörd il ərzində iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Bunun nəticəsində Azərbaycanda çoxsaylı proqramlar icra olunur və insanları narahat edən məsələlər aradan qaldırılır. Bax, bu gün biz görürük ki, uzun illər, 20 ilə yaxın müddətdə qazsız qalan Beyləqan əhalisi indi təbii qazla təmin olunur.

Biz enerji sektorundakı uğurlarla, əlbəttə ki, fəxr edə bilərik. Amma bizim əsas vəzifəmiz Azərbaycanın hərtərəfli inkişaf etdirilməsidir. Biz indi elə mərhələdəyik ki, ölkəmizdə quruculuq-abadlıq işləri dünya səviyyəsində aparılmalıdır. Yaradılan bütün infrastruktur, yeni müəssisələr, fabriklər dünya səviyyəsində olmalıdır. Bunu etmək üçün bizdə imkanlar var. Büdcəmiz dövlət investisiya xərcləri ildən-ilə artır. Son dörd il ərzində biz dövlət xərclərimizi 10 dəfə artıra bilmişik və bu yaxınlarda yenə də bu məsələyə baxılacaqdır, əlavə xərclər nəzərdə tutulmuşdur.

Bildiyiniz kimi, dörd ildən artıqdır regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı icra olunur. Proqram, demək olar ki, 98 faiz yerinə yetirilib və qalan məsələlər ilin sonuna qədər tam həll ediləcəkdir. Ancaq bu illər ərzində proqrama daxil edilən məsələlər də kifayət qədərdir. Əvvəllər nəzərdə tutulmamış böyük infrastruktur layihələri, elektrik stansiyaları, qaz xətləri, su kəmərləri, yollar, fabriklər, zavodlar - bütün bunlar Azərbaycanı inkişaf etdirən amillərdir.

Bu yaxınlarda Nazirlər Kabinetinin birinci rübün yekunlarına həsr edilmiş iclasında bütün iqtisadi göstəricilər bir daha səsləndi. Xüsusilə sevindirən odur ki, bölgələrdə iş yerləri açılır, infrastruktur layihələri həyata keçirilir və Azərbaycanın bölgələri inkişaf edir. Bizim məqsədimiz ondan ibarətdir ki, hər bir qəsəbə, kənd, hər bir rayon mərkəzi inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar, məktəblər, xəstəxanalar tikilsin, bütün sosial infrastruktur yeniləşsin, yeni yollar çəkilsin. İnsanların yaxşı yaşaması üçün bütün lazımi tədbirlər görülməlidir. Əlbəttə ki, bunu etmək üçün bizim iqtisadi potensialımız daha da güclənməlidir. Biz qısa müddət ərzində buna nail ola bilmişik. Bir daha demək istəyirəm, heç bir başqa ölkədə bunu görmək mümkün deyil ki, dövlət xərcləri 10 dəfə artsın, 600 mindən çox iş yeri açılsın, yoxsulluğun səviyyəsi bu qədər aşağı düşsün və ölkədə böyük quruculuq işləri aparılsın. Onu da demək istəyirəm ki, bütün bunları biz özümüz etmişik. Azərbaycan xalqı öz iradəsini, öz istedadını nümayiş etdirərək buna nail ola bilmişdir.

Biz müstəqil ölkəyik, müstəqil siyasət aparırıq. Həm xarici siyasətdə, həm daxili siyasətdə, iqtisadi siyasətdə, enerji sahəsindəki siyasətimizdə bizim xəttimiz açıqdır, aydındır və Azərbaycan xalqının maraqlarının tam şəkildə təmin olunmasına yönəldilibdir. Eyni zamanda, bizə dost olan ölkələrlə də səmərəli işləyirik və son illər ərzində daha da çox müttəfiqlər qazanmışıq.

Azərbaycan dünyada böyük hörmətlə qarşılaşır. Beynəlxalq təşkilatlarda bizim imkanlarımız artır, yerləşdiyimiz bölgədə imkanlarımız genişlənir, nüfuzumuz artır və Azərbaycan artıq bölgənin lideri adını qazana bilmişdir. Biz növbəti illərdə bütün bu uğurları daha da möhkəmləndirməliyik. Növbəti illər üçün də açıq-aydın proqramlarımız var. Necə ki, 2004-cü ilin fevral ayında regional inkişaf proqramını qəbul etdik və demək olar ki, onu 5 il keçmədən icra etdik. Eyni qaydada 2009-2013-cü illər üzrə dövlət proqramı hazırlanır. Bu proqram yenə də bütün ölkəni əhatə edəcək, bütün bölgələrdə çatışmayan cəhətlərin aradan qaldırılması üçün praktik tədbirlər nəzərdə tutulacaqdır. Proqramda hər bir rayonun, hər bir qəsəbənin və hər bir kəndin problemləri öz əksini tapacaqdır. Onlar həm proqramda göstəriləcək, həm də icra mexanizmi və maliyyə mənbələri müəyyən ediləcəkdir. Bizim proqramlar konkretdir, onlar təbliğat naminə qəbul olunmur, şüarlardan kənardır. Biz konkret proqramlar icra edirik və bundan sonra da edəcəyik.

Azərbaycanın bütün bölgələrinin inkişafı bizim üçün ən vacib məsələdir. Kənd təsərrüfatının inkişafı, - mən bu yaxınlarda bu barədə bir daha fikirlərimi söyləmişəm, - ərzaq təhlükəsizliyi bütün ölkələr üçün indi bir nömrəli problemdir. Dünyada ərzaq məhsullarının qiyməti 40-50 faiz, bəzi hallarda 100 faiz artmışdır. Bunun səbəbləri var. İlk növbədə, neftin qiymətinin bahalaşması, dolların məzənnəsinin aşağı düşməsi, demək olar ki, bütün ölkələrdə bahalaşmaya səbəb olubdur. O cümlədən Azərbaycanda da bunu hiss edirik, görürük və bu, bizi çox narahat edir. Düzdür, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar özü hər şeyi tənzimləyir. İstehlakla istehsal arasında tarazlıq, təbii ki, mövcuddur. Eyni zamanda, təkliflə tələbat arasında da tarazlıq var. Yəni bazar iqtisadiyyatı prinsipləri bunu tənzimləyir. Amma yoxsul təbəqə, kasıblar da var. Hələ ki, yoxsulluğu tam aradan götürə bilməmişik. Bahalaşma kasıbların həyat səviyyəsinə çox ciddi və mənfi təsir göstərir. Ona görə hökumətə göstəriş verilmişdir ki, qısa müddət ərzində konkret tədbirlər planı hazırlanıb təqdim edilsin. Biz bu məsələ ilə ciddi məşğul olmalıyıq.

Yenə də deyirəm ki, bahalaşma artıq bütün dünya üçün bir problemdir. Amma bu bizi arxayınlaşdırmamalıdır. Yəni biz öz problemlərimizi həll etməliyik. Elə etməliyik ki, insanların həyat səviyyəsi ildən-ilə yaxşılaşsın. Biz maaşları, pensiyaları artırırıq. İlin əvvəlindən minimum əmək haqqını 60 manata qaldırmışıq, bu yaxınlarda, gələcəkdə də artıracağıq. Hər il pensiyalar və əmək haqqı iki dəfə artırılır. Hələ ki, minimum əmək haqqının və pensiyanın səviyyəsi bizi təmin edə bilməz. Ancaq inkişaf da göz qabağındadır, bunlar bir neçə dəfə artmışdır.

Əziz dostlar, bir sözlə, bölgələrin inkişafı, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı, yeni zavodların, fabriklərin tikilməsi - bu, Azərbaycanı inkişaf etdirən əsas amillərdir. Bunu etmək üçün dövlət öz tərəfindən lazımi tədbirləri görür - infrastruktur layihələri, kreditlər və sahibkarlara dəstək. Yerlərdə isə, əlbəttə, qəbul edilmiş bütün qərarlar icra olunmalıdır, təşəbbüskarlıq göstərilməlidir. Mövcud olan problemləri yerlərdə insanlar daha yaxşı bilir, onların həlli yollarını daha yaxşı araşdırırlar və biz də verilən təkliflər əsasında öz siyasətimizi davam etdirəcəyik.

Bu gözəl gündə mən sizin hamınızı bir daha ürəkdən salamlamaq, təbrik etmək istəyirəm. Bu gün yanan bu məşəl inkişafın simvoludur. Gələcəkdə görüləcək işlər və bizim bütün planlarımızın həyata keçməsi nəticəsində güclü Azərbaycan dövləti yaranacaq, insanlar rifah içində yaşayacaqlar, sosial məsələlər öz həllini tapacaq və ölkəmiz güclənəcək, müasir dövlətə çevriləcəkdir. Bu yolda, bu işlərdə sizə uğurlar arzulayıram. Sizə bir daha öz dərin hörmət və məhəbbətimi bildirmək istəyirəm. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO