RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Polşa Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulandı, əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
X X X
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski Birgə bəyannamə imzaladılar.
######