RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dost və qardaş münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyi vurğulandı. Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələrinin ölkələrimiz və xalqlarımızın rifah halının daha da yaxşılaşdırılması, habelə bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət edəcəyi bildirildi.
Dövlət başçıları ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.