Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XANLAR RAYONUNA SƏFƏRİ
DÖVLƏTİMİZİN BAŞÇISI RAYONUN YENİ ZOD KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XANLAR RAYONUNA SƏFƏRİ DÖVLƏTİMİZİN BAŞÇISI RAYONUN YENİ ZOD KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də, Xanlar rayonuna səfərinin sonunda Yeni Zod kəndinə gedərək, Ermənistandan didərgin düşmüş qaçqınlarla və Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşmüş, onların yaşayış şəraiti ilə tanış olmuş, qayğı və problemləri ilə maraqlanmışdır.

Kənd sakinləri dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

İkinci qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli EMİN ORUCOV Prezidenti salamlayaraq dedi:

- Möhtərəm cənab Prezident, Kəpəzin ətəyində yerləşən Xanlar rayonunun ucqar kəndinin camaatı adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz, doğrudan da, bu gün bir daha sübut etdiniz ki, hər bir azərbaycanlının, hər bir vətəndaşın Prezidentisiniz. Siz bunu bir daha təsdiqlədiniz. Siz bizim Prezidentimizsiniz və ömürlük Prezidentimiz olaraq qalacaqsınız. Ümidvaram ki, qarşıdan gələn seçkilərdə yenə Siz bizim Prezidentimiz olacaqsınız.

Cənab Prezident, mən də Qarabağ müharibəsi əliliyəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və sol ayağımı itirmişəm. Sinəmdə gördüyünüz “Azərbaycan Bayrağı” ordeni ilə məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən təltif edilmişəm və bundan şərəf duyuram. Mənə qismət oldu ki, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevlə görüşdüm və bu gün də Sizinlə görüşdüm.

Cənab Prezident, Siz dediyiniz kimi, sabitlik olan yerdə inkişaf güclü olur. Ona görə də ümidvaram ki, Siz öz siyasətinizlə torpaqlarımızı geri qaytaracaq, ərazi bütövlüyümüzü təmin edəcəksiniz. Əgər bu, siyasətlə olmasa, Qarabağ müharibəsi əlilləri, müharibə iştirakçıları adından Sizə söz verirəm ki, bir əmrinizlə mənfur düşmənləri öz ərazilərinə kimi qovacaq, işğal olunmuş torpaqlarımızdan çıxaracağıq.

Xoş gəlmisiniz, Sizə bir daha təşəkkür edirik. Ümidvaram ki, Siz hər gəlişinizlə biz sadə insanları həmişə belə sevindirəcəksiniz.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

-Çox sağ olun. Mən bu gün sizinlə görüşməyə gəlmişəm. Mən səhərdən Xanlarda idim, orada bir neçə tədbirlər keçirdik. Yaxşı da tədbirlər oldu. O cümlədən, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri üçün yeni tikilmiş binanın orderlərini təqdim etdim. Başqa tədbirlər də var idi. İstədim ki, gəlim sizinlə də görüşüm.

Siz etnik təmizləmə siyasətinə məruz qalmış insanlarsınız. Erməni təcavüzkarları tərəfindən Azərbaycana, azərbaycanlılara qarşı aparılan siyasət belə vəziyyətə gətirib çıxarıb ki, bizim torpaqlarımız işğal altındadır. Burada - Yeni Zod kəndində həm Ermənistandan olan soydaşlarımız, həm də Kəlbəcərdən olan köçkünlərimiz məskunlaşıblar. Mən istəyirəm ki, sizin həyatınız yaxşı olsun, siz yaxşı yaşayasınız. Azərbaycanın hər bir yerində inkişaf, əmin-amanlıq olsun, sülh və tərəqqi olsun. Bunu etmək üçün biz hamımız çalışmalıyıq və ilk növbədə, dövlət strukturları, dövlət orqanları insanlara diqqət qayğı göstərməli, sizin problemlərinizlə məşğul olmalıdırlar. İndi ölkəmizin hər bir yerində bu inkişaf var. İş yerləri açılır, yeni yollar salınır, yeni müəssisələr işə düşür.

Kənd yerlərindəki insanların yaxşı yaşaması üçün də tədbirlər görülür və görülməlidir. Kreditlər verilir, sahibkarlığın inkişafı üçün vəsait ayrılır, kənd təsərrüfatı texnikası ilə təmin olunurlar, digər tədbirlər görülür. Ona görə mən gəldim sizinlə görüşüm, soruşum ki, sizin üçün nə etməliyik, sizə nə lazımdır? Siz mənə deyəsiniz ki, bu kənddə daha da yaxşı yaşamaq üçün nə işlər görülməlidir və mən də bu problemləri həll edim. Çünki mənim bölgələrə səfərlərimin əsas məqsədi bundan ibarətdir ki, gedim, vəziyyətlə tanış olum, çatışmayan məsələləri həll edək. Elə edək ki, Azərbaycanda bütün insanlar yaxşı yaşasınlar.

Siz ucqar kənddə yaşayırsınız və əlbəttə, ucqar dağ kəndlərinin öz problemləri var. Ona görə gəlmişəm həm sizə öz hörmətimi bildirim, həm də soruşum ki, mən sizin üçün nə etməliyəm. Onu deyin, mən də həll edəcəyəm.

AKİF HÜSEYNOV (kənd icra nümayəndəsinin müavini, ağsaqqal): Hörmətli Prezident, çox sağ olun. Kənd ağsaqqalı kimi mən də Sizə və xanımınıza ictimaiyyət adından “Xoş gəlmisiniz!” deyirəm.

Burada yaşayanların əksəriyyəti, 90 faizi 1988-ci ildə Ermənistandan gələn qaçqınlardır, qalanı isə məcburi köçkünlərdir. Sizin qayğınız sayəsində artıq bütün problemlər getdikcə öz həllini tapır. Əminik ki, bundan sonra daha yaxşı olacaqdır. Söz veririk ki, biz həmişə Sizinlə olacağıq. Qarşıdan prezident seçkiləri gəlir. Sizi yekdilliklə özümüzə yenidən Prezident seçəcəyik və bizim əbədi Prezidentimiz Siz olacaqsınız. Ümidvarıq ki, gələcəkdə bizim bütün problemlərimiz həll olunacaq və Azərbaycanın bu gözəl, dilbər guşəsində Sizin sayənizdə daha yaxşı yaşayacağıq. Sağ olun.

İLHAM ƏLİYEV: Siz Ermənistanın hansı rayonundan gəlmisiniz?

AKİF HÜSEYNOV: Göyçə mahalından, Basarkeçər rayonundan gəlmişik.

İLHAM ƏLİYEV: Neçənci ildə gəlmisiniz?

AKİF HÜSEYNOV: 1988-ci ildə gəlmişik, 1990-cı ildən burada məskunlaşmışıq.

İLHAM ƏLİYEV: 1988-ci ildə, yəni orada, Ermənistanda sizə qarşı təcavüz başlayandan sonra.

AKİF HÜSEYNOV: Bəli.

İLHAM ƏLİYEV: Sizi oradan qovdular. Əslində, ora bizim öz torpaqlarımızdır, Azərbaycan torpaqlarıdır.

AKİF HÜSEYNOV: Bəli, bizim torpaqlarımızdır. Söz veririk ki, gələcəkdə o torpaqlara qayıdacağıq.

İLHAM ƏLİYEV: Siz artıq 20 ildir burada yaşayırsınız.

AKİF HÜSEYNOV: Bəli.

İLHAM ƏLİYEV: Burada yaşayış necədir?

AKİF HÜSEYNOV: Cənab Prezident, yaşayış yaxşıdır. Rayonumuzda, o cümlədən kəndlərimizdə güclü abadlıq-quruculuq işləri gedir. Bu ərazidə yaşayan bütün vətəndaşların hamısı islahatla əlaqədar torpaqla təmin olunubdur. Mal-qara saxlayırıq, heyvandarlıqla məşğul oluruq.

İLHAM ƏLİYEV: Texnika necə, çatır, çatmır? Sizə “Aqrolizinq”dən bir şey verirlər, yoxsa yox? Deyin, bilim.

AKİF HÜSEYNOV: Bəli, texnika çatır, hər şey daha da yaxşı olacaq.

İLHAM ƏLİYEV: Bir neçə il bundan əvvəl mən “Aqrolizinq” şirkəti yaratdım ki, dövlət xaricdən texnika alıb, - indi Azərbaycanın özündə də istehsal etməyə başlayıblar, az icarə haqqı ilə - fermerlərə, kəndlilərə paylasın və onlar bundan istifadə etsinlər. Bilirsiniz, indi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının birinci mərhələsi başa çatmaq üzrədir. Gələn ilin fevralında 5 il olacaq və bu müddət ərzində, demək olar ki, proqram tamamilə icra ediləcəkdir. Ancaq növbəti illər üçün yeni proqram hazırlanır. Ona görə mən bütün icra orqanlarına göstəriş vermişəm ki, bütün kəndlərin, hər bir kəndin problemi mənə deyilməlidir, göndərilməlidir ki, biz onu proqrama salaq. Ona görə mən bilirəm, siz bəzi problemləri burada deməyə bir az çəkinirsiniz. Ancaq ümid edirəm ki, sizi narahat edən, çatışmayan məsələlər mənə göndəriləcəkdir. Çünki hər bir kəndin problemi həll edildiyi təqdirdə, demək olar ki, ölkənin hər bir problemi həll olunacaqdır. Onsuz da böyük layihələr icra edilir, böyük investisiyalar qoyulur. Elektrik stansiyaları elektrik xətləri tikilir, magistral yollar, qaz xətləri çəkilir.

Yəqin ki, indi burada qaz yoxdur.

AKİF HÜSEYNOV: Vaxtilə çəkilmiş qaz xətləri var. Hacıkəndə kimi qaz gəlir. Artıq layihəyə salınıb, kəndə qaz veriləcəkdir.

İLHAM ƏLİYEV: Layihəyə salınıb?

ARİF SEYİDOV (Xanlar Rayon İcra Hakimiyyətinin başçısı): Cənab Prezident, qaz xətti Aşıqlı kəndinə kimi gəlir. Hacıkənddən bu tərəfə çəkilməlidir.

İLHAM ƏLİYEV: Bu tərəfə də çəkməliyik.

AKİF HÜSEYNOV: Cənab Prezident, qaz gəlsə, yaxşı olacaq, meşələrimizin qırılmasının qarşısı alınacaqdır.

İLHAM ƏLİYEV: İndi bizim ölkədə əhalinin 80 faizi qazla təmin olunur. Ancaq o da həqiqətdir ki, Bakı şəhəri, Sumqayıt, Gəncə - bunlar tam şəkildə təmin edilir. 80 faiz o demək deyil ki, hər bir kənd təmin olunur. 20 faiz təmin edilmir. Biz bunu etməliyik. Özü də indi qaz var, hasilatı artırırıq. Ona görə ən ucqar kəndlərə də xətlər çəkilməlidir və biz bunu etməliyik. Belə olan halda, ekologiya da qorunacaq, meşələr də qırılmayacaq, insanlar da rahat yaşayacaqlar.

İndi bölgələrdə əsas problemlərdən biri içməli sudur. Bütün rayonlarda bu problem var, mən bilirəm. İndi bunun həlli üçün biz xüsusi proqram hazırlayacağıq.

Ümid edirəm ki, elektrik enerjisi ilə bağlı burada problem olmayacaqdır.

KƏND SAKİNLƏRİ: Problem yoxdur.

İLHAM ƏLİYEV: Əvvəllər fasilələr var idi. İndi ola bilsin ki, gecə vaxtı var. Bəzi hallarda qəzalar olur, hava şəraiti pisləşir. Amma bütövlükdə, biz bu problemi həll etmişik. Qaz probleminin 80 faizini həll etmişik, qalan hissəsini də həll edəcəyik. Amma içməli su problemi çox ciddidir. Ona görə xüsusi proqram hazırlanır və bütün rayonlara içməli su veriləcəkdir. Buna bir neçə il vaxt lazımdır. Mən ümid edirəm, biz iki-üç ilə bunu etməliyik. Qalan işlər də sahibkarlığın inkişafından asılıdır.

Əlbəttə, siz burada kənd təsərrüfatı ilə məşğulsunuz. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün də imkan var. İndi kreditlər verilir, gələcəkdə daha da çox veriləcəkdir. Hər halda, mən istəyirəm Azərbaycanda elə bir yer qalmasın ki, orada ciddi problem olsun. Problem onsuz da hər ölkədə var. Ən inkişaf etmiş ölkəyə də baxanda görürsən ki, orada da yoxsulluq, işsizlik və ədalətsizlik var. Amma biz yoxsulluğu azaldırıq, 16 faizə endirmişik, işsizliyi azaltmışıq. İndi bu ətraf bölgələrdə, yəqin Xanlarda da iş tapmaq o qədər də böyük problem deyil. O qədər tikinti gedir, yeni müəssisələr açılır ki, işləmək istəyən özünə iş tapar.

Əlbəttə ki, infrastruktur layihələri ölkəmizin hərtərəfli inkişafı üçün lazımdır. Kənd yerlərində yaşayanların, əlbəttə ki, öz problemləri var, öz xüsusiyyətləri var. Xüsusilə dağ kəndlərində və biz bunları həll edəcəyik.

Görürəm ki, mənə heç bir problem barədə demək istəmirsiniz. Amma mən yenə də araşdıracağam.

AKİF HÜSEYNOV: Cənab Prezident, ona görə demirik ki, Sizin tərəfinizdən hər şey həll olunacaqdır.

EMİN ORUCOV: Cənab Prezident, icazə verin, burada, Kəpəzin qoynunda Sizinlə xatirə şəkli çəkdirək.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva kənd sakinləri ilə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarının qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Hər il bitki zərərvericiləri və xəstəlikləri kənd təsərrüfatı məhsullarının 40 faizinin itkisinə səbəb olur

Qoşqar Təhməzli: “Bitki sağlamlığı haqqında” qanun layihəsi razılaşdırılması üçün digər qurumlara göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

AQTA sədri: Ötən il bitki sahəsində ixracatçı ölkələrə 829 bildiriş göndərilib

Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan paraatletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Dünya birjalarında neft ucuzlaşıb

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək