RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BOLQARISTAN RESPUBLİKASI ARASINDA TİCARƏT-İQTİSADİ VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIQ ÜZRƏ MÜŞTƏRƏK KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş
nazirinin müavini
Komissiyanın üzvləri:
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini
Elman Zeynalov - Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi
əlaqələr şöbəsinin müdiri (məsul katib)
2. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 may tarixli 160 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 321; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 9, maddə 871) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2008-ci il.