RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNƏN ŞƏXSLƏRİN “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Gənclər və İdman Nazirliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:
Həsənov Cəbrayıl Mikayıl oğlu
Kostyunina Olqa Mixaylovna
Nəbiyev Nazim İbrahim oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.