RƏSMİ XRONİKA
«AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏT KEÇMƏ HAQQINDA ƏSASNAMƏ»NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 18 İYUL TARİXLİ 535 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 457-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 472) 3-cü bəndinin ikinci abzasında «həmin Əsasnamənin» sözlərindən sonra «88-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində,» sözləri əlavə edilsin, «və 101-ci maddəsində» sözləri «, 101-ci maddəsində və 104-cü maddəsinin birinci hissəsində» sözləri ilə əvəz edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2008-ci il.