SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ulu öndərimiz, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin dönməz iradəsinin nəticəsi olaraq, Azərbaycanın ilk xalq yazıçısı Süleyman Rəhimov ədəbiyyat, incəsənət aləmində də ilk olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ulu öndərimiz, Heydər Əliyevin sənətkara göstərdiyi belə bir alicənablığın, şəxsən Sizin tərəfinizdən də davam etdirilməsini bizim ailə yüksək qiymətləndirir və minnətdarlığını bildirir.
Möhtərəm cənab Prezident!
Süleyman Rəhimovun ev-muzeyinin yaradılması ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verməyiniz şəxsən Sizin sənətkar yaradıcılığına, şəxsiyyətinə yüksək, ali hörmətinizin bariz nümunəsidir.
Hörmətli cənab İlham Heydər oğlu!
Ölkə rəhbəri kimi Sizə Azərbaycan xalqının rifahı naminə çox məsuliyyətli, şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə, Süleyman Rəhimov ailəsi adından,
Aqil Süleyman oğlu Rəhimov