RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Sizi və bütün Azərbaycan xalqını əlamətdar hadisə olan Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Gürcüstan və Azərbaycanı dərin tarixi tellər bağlayır. Qarşılıqlı siyasi əlaqələrin yüksək səviyyəsi əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəsinə çıxmağa imkan vermişdir. İndi fikirlərimiz nəinki ikitərəfli münasibətlər formatında üst-üstə düşür, biz həm də regionun inkişafı perspektivlərini də ümumi mövqelərdən qiymətləndiririk.
Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə öz dərin ehtiramımı bildirir və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar, qardaş Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram.
Səmimiyyətlə, Sizin
Mixeil Saakaşvili
Gürcüstanın Prezidenti