RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı – Respublika günü münasibətilə şəxsən öz adımdan, Tunis hökuməti və Tunis xalqı adından Zati-alilərinizə ən səmimi təbrikləri yetirmək, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı bildirmək mənə xoşdur.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, ölkələrimiz arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin iki dost xalqın ümumi mənafeyi naminə daha da genişlənməsi və inkişaf etməsini arzu edirəm.
Zeynulabidin Ben Əli
Tunis Respublikasının Prezidenti