RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə Sizə hərarətli, səmimi təbriklərlə müraciət etməkdən fərəh duyuram. Tatarıstanlılar adından və şəxsən öz adımdan Sizə və ölkənizin qardaş xalqına cansağlığı, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğurlar, Azərbaycan Respublikasına firavanlıq və tərəqqi arzulayıram.
Biz Azərbaycanın sakinləri ilə bu bayramın sevincini bölüşür və məmnuniyyətlə bildiririk ki, Tatarıstan-Azərbaycan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etməkdədir. Səmərəli qarşılıqlı əlaqələrin genişləndirilməsinə birgə səy göstərməyimiz, xalqlarımız arasında gözəl qarşılıqlı hörmət və dostluq ənənələrini möhkəmləndirmək üçün zəruri olan hər bir şeyi etməyə hazır olmağımız ikitərəfli əlaqələrin gələcəyinə inamla baxmağa imkan verir. Əminəm ki, Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın böyük potensialından səmərəli surətdə istifadə edilməsinə yönəldilmiş birgə fəal işimiz Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.
Hörmətlə,
Mintimer Şaymiyev
Tatarıstan Respublikasının Prezidenti