RƏSMİ XRONİKA
“AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 6 NOYABR TARİXLİ 472-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBİRLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1099) 2.3-cü bəndindən “156.2-ci maddəsində, 157.2-ci maddəsinin birinci abzasının ikinci cümləsində və dördüncü abzasında və” sözləri çıxarılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.7-ci maddəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanlarına” dedikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.