İQTİSADİYYAT
Azərbaycan Rusiya ilə "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyətə başlayacaq
Bakı, 24 iyun, AZƏRTAC
İcbari Sığorta Bürosu (İSB) ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında "Yaşıl Kart" sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli saziş imzalanıb.
İSB-dən AZƏRTAC-a bildiriblər ki, sazişə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiya Federativ Respublikasına səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan "Yaşıl Kart"ını əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri Azərbaycana səyahət etdikdə bu ölkədə etibarlı olan "Yaşıl Kart"ı əldə edə biləcəklər.
İkitərəfli sazişin avqustun 1-də qüvvəyə minməsi nəzərdə tutulub.