İDMAN
AZƏRBAYCAN VOLEYBOLÇULARI ÇEMPİONLAR LİQASINDA İLK OYUNDA QƏLƏBƏ QAZANMIŞLAR
Məlum olduğu kimi, ötən turnirdə püşkatmada voleybolçularımızın bəxti gətirməmişdi və onlar Rusiyanın “Uraloçka”, İtaliyanın “Modena” və Türkiyənin “Əczaçıbaşı” komandaları ilə bir qrupa düşmüşdülər. O zaman üçüncü yeri tutan qızlarımız növbəti tura çıxa bilməmişdilər.
Bu dəfə püşkatma “Azərreyl” üçün daha uğurlu olmuşdur. Qızlarımız İspaniyanın “Otel Kantur” (Las-Palmas) və Sloveniyanın “Noyva KBM Branik” komandaları ilə bir qrupa düşmüşlər.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Sloveniyada oyun Azərbaycan voleybolçularının üstünlüyü ilə keçmiş və komandamız 3:0 hesabı ilə qalib gəlmişdir. “Azərreyl” yanvarın 27-də ispaniyalılarla görüşəcək, fevralın 3-4-də isə Bakıda “Noyva KBM Branik” və “Otel Kantur” komandalarını qəbul edəcəkdir.