İQTİSADİYYAT
AZƏRBAYCANDA AVSTRİYA ŞİRKƏTLƏRİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ BİZNES FORUM KEÇİRİLMİŞDİR
Forumda Azərbaycanın 40-a yaxın iş adamı, Avstriyanın isə ABB AG, AUSTRİYA RAİL ENJINEERING, DIPL.-ING. STEFAN LANDAU, HABASIT AG, ROXSEL Handelges.m.b.H., SCHALLER LEVENSMITTELTECHNIK GMBH şirkətlərinin nümayəndələri iştirak etmişlər.
Tədbiri Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Əlihüseyn Şalıyev açaraq qonaqlara ölkəmizin makroiqtisadi göstəriciləri, biznes mühiti, geostrateji imkanları, sahibkarlığın inkişafı üçün qanunverici baza barədə, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondunun prezidenti Emin Məcidov isə xarici sərmayədarlar üçün yaradılmış şərait barədə ətraflı məlumat vermişlər.
Avstriya İqtisadiyyat Nazirliyinin xüsusi nümayəndəsi, səfir Frans Çeşka ölkəsinin iqtisadiyyatı, əməkdaşlıq və sərmayə imkanları, xarici ticarət dövriyyəsi haqqında danışmış, Azərbaycanın iş adamları ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulamışdır.
Hər iki tərəf ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin (2005-ci ilin 8 ayında 13,9 milyon ABŞ dolları) mövcud imkanlardan geri qaldığını diqqətə çatdırmışdır.
Sonra ikitərəfli görüşlər olmuşdur.