Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları

Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları

Bakı, 10 dekabr, AZƏRTAC

Bütün demokratik sistemlərdə seçki dövlət və ictimai təşkilatlarda vacib vəzifələrin tutulması üçün keçirilən demokratik üsuldur və dünya təcrübəsində qanunda nəzərdə tutulan reqlamentə uyğun olaraq əsasən gizli keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov qeyd edib ki, ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş demokratik və mütərəqqi seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə tənzimlənir.

Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqların ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasında ilk Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən bu günədək beş prezident (1998, 2003, 2008, 2013 və 2018), beş parlament (1995, 2000, 2005, 2010 və 2015), dörd bələdiyyə (1999, 2004, 2009 və 2014) seçkiləri keçirilib. Sevindirici hal ondan ibarətdir ki, ölkəmizdə keçirilən hər bir seçki demokratiya yolunda irəliyə atılmış mühüm bir addım kimi qiymətləndirilib. Bu dövr ərzində seçkilərin həm qanunverici, həm maddi-texniki bazası yüksək səviyyəyə qaldırılıb və bütün bu göstəricilər beynəlxalq ekspertlər tərəfindən müstəqil dəyərləndirilərək xüsusilə qeyd olunub.

Siyavuş Novruzov deyib: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bütün yuxarıda sadaladığımız seçkilərdə parlaq qələbələr qazanıb, seçki təcrübəsini artırıb və cəmiyyətdəki avanqard siyasi güc mərkəzi olduğunu dəfələrlə təsdiq edib.

Lakin sirr deyil ki, seçkidən-seçkiyə Azərbaycanı ardıcıl uğurlara aparan siyasi kursun davamı və çoxşaxəli xarakteri ölkəmizə təzyiq göstərmək niyyətində olan daxili və xarici dairələri daim narahat etməkdədir. Ölkəmizə qarşı yersiz və əsassız ittihamların bir çoxunu onlar hər seçki dövründə buradakı əlaltıları vasitəsilə məqsədyönlü şəkildə dilə gətirməkdədirlər. Hər zaman olduğu kimi, 2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində də bu dairələrin sözçülüyünü keçmişi qaranlıq, Azərbaycan siyasətindəki ən odioz fiqur - AXCP sədri Əli Kərimli boynuna götürüb. Ölkədə keçirilmiş seçkilərin legitimliyini daim şübhə altına alan bu şəxs indidən hələ keçirilməmiş parlament seçkilərinin qeyri-demokratik olacağı istiqamətində haray-həşir salmaqdadır. Onun “arqumentlərini” nəzərdən keçirək.

Əvvəla o qeyd edir ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşmadığı üçün onların fəaliyyəti qeyri-şəffafdır. Onun korşalmış və pas tutmuş yaddaşını təzələmək üçün qısa bir tarixi ekskursiya edək. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun iştirakı ilə hələ 2000-ci ildə seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşmışdı. Lakin seçkilərin vaxtı elan olunmasına baxmayaraq, müxalifət partiyaları nə MSK, nə DSK, nə də MnSK tərkiblərinə öz namizədlərini irəli sürmədilər. Parlament isə tətildə olmasına baxmayaraq fövqəladə toplandı və seçki komissiyalarının indiki tərkibdə yenidən qurulmasına qərar verdi. Lakin hətta indiki komissiyaların təşkilində belə Avropa Şurası, Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ekspertlərinin rəyləri alındı. Yeri gəlmişkən, həmin bu Əli Kərimli məhz bu tərkibdəki komissiyaların fəaliyyəti dövründə, yəni, 2000-ci ildə öz partiya yoldaşları ilə birgə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi. Amma nədənsə o zaman komissiyaların tərkibi məsələsi onu qətiyyən narahat etmirdi.

Radikal müxalifətin tənqid hədəflərindən biri də Seçki Məcəlləsinin namizədlərin qeydə alınması ilə bağlı tələblərinin guya sərtləşməsi ilə bağlıdır. Halbuki vaxtilə hər namizəd üçün 2000 imza toplamaq şərti mövcud idisə, hazırda qanunun tələbi cəmi 450 imzaya endirilib. (Bax: Seçki Məcəlləsi maddə 147.1) Habelə əgər Seçki Məcəlləsinin əvvəlki müddəalarına diqqət yetirsək, görərik ki, bir seçici yalnız bir namizəd lehinə imza verə bilərdisə, hazırda bu baxımdan heç bir məhdudiyyət yoxdur (Bax: Seçki Məcəlləsi, maddə 147.2)

Siyasi opponentlərimizin üzərində durduğu digər bir məqam siyasi partiyalara seçkiöncəsi bərabər rəqabət şəraitinin guya yaradılmaması ilə bağlıdır. Halbuki 60-dan çox dairədə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsi ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin bilər. (Bax: Seçki Məcəlləsi, maddə 148.6) Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olduqca geniş səlahiyyətlərə sahibdir. Belə ki, o, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki bülletenlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edərkən səs vermək, müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir. (Bax: Seçki Məcəlləsi, maddə 22.9)

Eyni zamanda, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır (Bax: Seçki Məcəlləsi, maddə 152.1). Nəzərə almaq lazımdır ki, bu şəxslər həm də dairə və məntəqələrdə müşahidəçilik missiyasını da yerinə yetirə bilərlər. Müşahidəçilərin isə qanunvericiliyə görə olduqca mühüm səlahiyyətləri vardır: seçki günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçici siyahıları ilə tanış olmaq, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək, seçki qutusundan çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinə dair rəyin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək və s. (Bax: Seçki Məcəlləsi, maddə 40-44).

Seçki Məcəlləsi seçkiqabağı təşviqatın aparılması üçün bütün namizəd siyasi partiya və siyasi partiya blokları üçün bərabər şərtlər təsbit edib. Belə ki, bütün tərəflər üçün müvafiq icra hakimiyyəti orqanı seçki dairəsi ərazisində birbaşa təbliğat-təşviqatın həyata keçirilməsi üçün açıq və qapalı məkanlar ayırır. Eyni zamanda, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtı ayrılır (Bax: Seçki Məcəlləsi, maddə 80). Habelə dövlət qəzetlərində təşviqat xarakterli pulsuz elanlar verilə bilər (Bax: Seçki Məcəlləsi, maddə 77.2).

Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə (prezident, parlament, bələdiyyə) seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır. Zənnimcə, ölkənin radikal müxalifətini seçkilərdə iştirakdan çəkindirən ən vacib amil şübhəsiz ki, qanunverici baza deyil. Əsl çəkindirici amil ənənəvi müxalifətin getdikcə marginallaşması, bunun da məntiqi nəticəsi olaraq, ilk növbədə, elektoratın getdikcə zəifləməsi və nəhayət, xalqa deməyə sözünün olmamasıdır.

Yekunda əminliyimi ifadə etmək istərdim ki, Azərbaycan xalqı növbəti parlament seçkilərinə də böyük inamla gedəcək və bu mühüm siyasi kampaniya demokratiya tariximizdə növbəti parlaq səhifə açacaqdır. Ən böyük legitimlik isə xalqın iradəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib