İDMAN
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub
O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]