Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə təntənəli hərbi parad
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak etmişdir

Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə təntənəli hərbi parad Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak etmişdir

Bakı, 28 iyun (AZƏRTAC). İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olmuşdur.

Dövlət və hökumət rəsmiləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların başçıları, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləmişlər.

Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edirdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş hərbi parad ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi.

Silahlı Qüvvələr Gününün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 13 ildir ki, 26 iyun - Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.

1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradılmış, noyabrın 2-də isə Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət etmişdir. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin - Heydər Əliyev mərhələsinin başlanğıcı olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.

Bu, doğrudan da belədir. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İyunun 25-də Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırmışdır.

Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söylədi.

X X X

Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başladı.

Meydana əvvəlcə, Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.

Uzun illərdən sonra ulu öndər Heydər Əliyevin yenidən dalğalandırdığı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı bu gün də etibarlı əllərdədir. Hazırda dünyada ən uca bayrağın Azərbaycana məxsus olması qürur hissi doğurur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin paytaxtında Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycanın müstəqilliyinin sarsılmazlığının və əbədiliyinin əyani təcəssümüdür. Ölkəmizin iqtisadi qüdrəti, güclü ordusu, durmadan artan beynəlxalq nüfuzu və xalqımızın qətiyyəti möhtəşəm Azərbaycan bayrağının tezliklə işğal altında olan torpaqlarımızda da əzəmətlə dalğalanacağına heç bir şübhə yeri qoymur.

Dövlət bayrağının ardınca ümummilli lider Heydər Əliyevin 40 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantları mətin addımlarla tribunanın önündən keçdilər.

Onların ardınca doğma Azərbaycanımızın qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da nizami addımlarla tribunanın önündən keçdilər.

İndi Azərbaycanın zabit və əsgərləri tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Təsadüfi deyildir ki, Azadlıq meydanında, Ali Baş Komandanın qarşısından inamlı addımlarla keçən igidlərimizin sırasında Azərbaycan Prezidentinin sərəncamı ilə orden və medallara layiq görülən neçə-neçə döyüşçü vardır.

Dünyanın müxtəlif yerlərində sülhyaratma missiyasını yerinə yetirən Silahlı Qüvvələrimizin sülhməramlıları xalqımızın bəşəri amallara sadiqliyini və Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını dəfələrlə əyani şəkildə nümayiş etdirmiş, NATO-nun mükafatlarına layiq görülmüşlər. İndinin özündə də sülhməramlılarımız Vətənimizdən çox-çox uzaqlarda şərəfli xidmətdədirlər.

Azadlıq meydanındakı hərbi paradda mətin addımlarla Ali Baş Komandanın qarşısından keçən igidlərimiz ötən qısa müddətdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan inkişafı əyani nümayiş etdirdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Milli Ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etməyə hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur.

Daha sonra hərbi texnikanın keçidi başladı. Azadlıq meydanına əvvəlcə üzərində Azərbaycanın istehsalı olan pulemyotlar quraşdırılmış yüksək sürət və manevr qabiliyyətinə malik motosikletlər daxil oldu. Onların arxasınca tribunanın önündən “Tütək” raket kompleksləri, “Qırğı” tank əleyhinə raket kompleksləri quraşdırılmış “Əqrəb” markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların “SOFA”, Dövlət Sərhəd Xidmətinin “Kobra” zirehli maşınları, xüsusi təyinatlı bölmələrin “Land Rover” və “Mercedes” maşınları, Daxili Qoşunların “Cardom” tipli minaatanları keçdi.

Ölkəmizdə istehsal olunan “Qaranquş” və “Şahin” pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir.

Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydandan keçdilər. “Dolu-1” 20,4 kilometr, “Leysan” 45, “Şimşək” 150, “Qasırğa” isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.

Növbə zenit-raket komplekslərinə çatdı. Azərbaycanda yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində “Kaman” zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfüqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. “Favorit” zenit-raket sistemi isə eyni anda saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. “ARI-1T” mobil avtonom zenit-raket kompleksinin ölkəmizdə modernləşdirilməsi nəticəsində 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına maliik olmuşdur.

Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Matador” və “Marauder” zirehli döyüş maşınları tribuna önündən keçdi. Yüksək manevr imkanına malik olan bu maşınlar tank əleyhinə minaların təsirinə davamlılığı ilə seçilirlər və iriçaplı müasir silahlarla komplektləşdirilmişdir.

Müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadaların döyüş maşınları, modernləşdirilmiş “T-72” tankları tribunanın önündən keçdi. Özüyeriyən “Nərgiz” topları xüsusi mərmilərdən istifadə edilməklə 47,5 kilometr dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirməyə qadirdir. Azərbaycanda aparılan modernləşdirilmə nəticəsində “T-72” tankları “Aslanlar” ən müasir tələblərə uyğunlaşdırılmış, atəşi və döyüşü idarəetmə sistemləri təkmilləşdirilmiş və tam kompyuterləşdirilmişdir.

Ölkəmizin müdafiə potensialının əsaslı şəkildə möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin yaradılması da mühüm rol oynamışdır. Qısa müddətdə rəqabətə davamlı müdafiə sənayesini formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində məhsullar istehsalını qaydaya salır və beynəlxalq müdafiə sənayesi sərgilərində uğurla təmsil olunur. Hərbi paradda nümayiş etdirilən texnikalar ən müasir elmi-texniki yeniliklər səviyyəsindədir və istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə hərtərəfli imkan verir.

Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus 28 gəmi, kater və qayıq, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd-gözətçi gəmisi, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi və 3 xilasetmə kateri hərbi reyddə sıralanmışdı.

Digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələri də məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində formalaşmış və müasir nizami qüvvəyə çevrilmişdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qarşısında Xəzər dənizinin Azərbaycana aid hissəsində dövlətimizin maraqlarını qorumaq vəzifəsi durur. Artıq müasir standartlara cavab verən hərbi donanmamız formalaşdırılmış və peşəkar kadrlar yetişdirilmişdir. Hərbi Dəniz Qüvvələri istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu hərbi paraddakı xüsusi əhval-ruhiyyəni daha da gücləndirdi. Hərbi paradda 22 döyüş və 8 təlim-məşq təyyarəsi, həmçinin 35 döyüş vertolyotu iştirak edirdi.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini Mi-8 tipli vertolyotun Azərbaycanın dövlət bayrağını aparması açdı. Uçuş nümayişini Mi-17-1V və Mi-8 vertolyotlarının dəstəsi davam etdirdi. Azərbaycan şahinlərinin cəsurluğu və yüksək peşəkarlığı mərasimə qatılanların qürur hisslərini qat-qat artırdı.

Milli şahinlərimiz Mi-8 və Mi-17-1V, Mi-24, Mi-171, Mi-172, KA-32 vertolyotlarını, MİQ-29 qırıcı-bombardmançı, SU-25 hücumçu, L-39 təlim-məşq təyyarələrini məharətlə idarə edərək, yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik olduqlarını bir daha təsdiqlədilər.

Azərbaycanın milli şahinlərinin məharətlə idarə etdikləri SU-25 tipli təyyarə dördlüyü səmada Azərbaycan bayrağının üzərindəki üç rəngin təsvirini yaratdı.

Azərbaycanın müstəqilliyinin 20-ci, Silahlı Qüvvələrin 93-cü ildönümlərinə həsr olunmuş təntənəli hərbi paradın bu cür rəmzi sonluqla başa çatması müqəddəs bayrağımızın tezliklə işğaldan azad ediləcək Vətən torpaqlarında əzəmətlə dalğalanacağına olan ümidlərimizi daha da artırdı, xalqımızın bu yolda dönməzliyini və qətiyyətini növbəti dəfə təcəssüm etdirdi. 

Sonda xatirə şəkli çəkdirildi.

 

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNƏCƏK

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub YENİLƏNİB

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO