İQTİSADİYYAT
Azərbaycanlı alimlər Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edirlər
Bakı, 13 avqust (AZƏRTAC). Türkiyənin Antalya şəhərində “Qabaqcıl elmlər və texnologiyalar üzrə Beynəlxalq Konfrans” (ICAT-2014) keçirilir. Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak edirlər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda kompyuter elmləri, elektrotexnika və elektronika, energetika, istehsal və biotibb texnologiyaları sahəsində aparılan son elmi tədqiqatlar və əldə edilən nəticələr təqdim olunacaq.
Avqustun 15-dək davam edəcək konfransda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova məruzələrlə çıxış edəcəklər.
Konfransa 65 ölkədən 465 məqalə daxil olub və onlardan 262-si qəbul edilib. Ölkəmizdən qəbul olunan 3 məqalənin 2-si İnformasiya Texnologiyaları İnstitutuna aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]