SİYASƏT
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib
Tbilisi, 28 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.
AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstanda ictimai fəal Samirə Bayramova telejurnalist Azər Məmmədovun təqdimatında Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasının əsaslarını və Gürcüstanda baş verən ictimai-siyasi prosesləri müzakirə ediblər.
Müzakirə zamanı Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan ilə Ermənistan arasında birbaşa aparılan danışıqların nəticələri, Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılması və sərhədlərin delimitasiyası ilə bağlı əldə edilmiş razılaşmalar diqqət mərkəzində olub.
Eyni zamanda, Gürcüstanda baş verən ictimai-siyasi proseslər barədə müzakirələr aparılıb.