Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilir VİDEO

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Əvvəlcə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Sonra Olimpiada haqqında videoçarx nümayiş etdirilib.

Açılış mərasimində 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz PAŞAYEVA çıxış edərək dedi:

- 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarını, möhtərəm alimləri, dəyərli qonaqları salamlayır, hər birinizə “Xoş gəlmisiniz” deyirəm.

Bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyuram. Sevincimin, qürurumun əsas ilham mənbəyi isə burada əyləşmiş gənclər - Olimpiada iştirakçılarıdır. Eşq olsun Sizə!

Əziz uşaqlar, Olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə, həqiqi yarış və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, sizlər artıq kimya elminə dair biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz. Əziz dostlar, əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər bir an hiss edib, duyacaqsınız. Müsabiqənin obyektiv, ədalətli, yarış məkanının doğru, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki sizin arzularla bizim arzular, sizin ümidlərlə bizim ümidlər, sizin qələbələrlə bizim qələbələr ayrılmazdır və bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək, anlamaq ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib sönməməlidir. Bəşəriyyət addım-addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə can atıb, çalışıb və həmişə çalışacaq. Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan - alimlər ordusundan asılı olduğuna əsla şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan bir çox məqamlar sizin təqdimatınızı gözləyir.

Əziz dostlar, bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı Olimpiadasının şüarını - “Həyat sanki böyük bir kimya laboratoriyasıdır”, - deyə seçdik. Unutmayın ki, bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən - bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir - gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir, həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir, mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Sizlər bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə hətta təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka - budur ideal!

Dahi yazıçı Hötenin dediyi kimi, “Elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur”. Bu gün bu zalda 75 ölkəni təmsil edən 75 komanda əyləşib. Hər bir komandanın üzvləri daxilən və zahirən müxtəlif, ayrı-ayrı dillərdə danışan və dəyişik ənənələrə bağlı olan insanlardır. Eyni zamanda, bu gün bizi bir araya gətirən, birləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz məmləkətin, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə Elm, Təhsil və Mədəniyyətdir. Bu məmləkət sarsılmaz məmləkətdir. Onun öz simvolları da var. Məmləkətin bayrağı işıq, yəni, günəş, himni quşların, bülbüllərin nəğməsi, ağacların pıçıltısı, dalğaların səsi, nişanəsi isə həyatın, varlığın özüdür.

Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval-ruhiyyə, tükənməz həvəs, səbir, möhkəm iradə və daxili inam arzulayıram. İcazənizlə Moskva Dövlət Universitetinin Bakı Filialının təşkilatçılığı ilə 2015-ci ildə Bakıda, Azərbaycanda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!

Baş nazirin müavini İsmət ABASOV Azərbaycan hökuməti adından Olimpiada iştirakçılarını salamlayaraq dedi:

“Əminəm ki, paytaxtımızda keçirəcəyiniz günlər sizə xoş təəssürat və gözəl əhval-ruhiyyə bəxş edəcək. Müasir memarlığın əzəmətli abidəsi olan Heydər Əliyev Mərkəzinin bu gün öz qapılarını gələcəyin alimlərinin üzünə açması ölkəmizdə təhsilə, elmə və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasına göstərilən misilsiz qayğının əyani təzahürüdür. Əminəm ki, Olimpiadanın keçirildiyi günlərdə siz bunu bir daha görəcəksiniz. Ümidvaram ki, Olimpiadanın təşkili üzrə bütün qayğıları öz üzərinə götürən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərliyi, onun professor və müəllimləri bu günlərdə hər bir iştirakçıya qayğı və dəstək göstərəcəklər”.

Tarix boyu Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən İsmət Abasov bu gün ölkəmizdə həyata keçirilən bütün işlərin dövlətimizin başçısının hələ 2003-cü ildə irəli sürdüyü “Ölkənin qara qızılını insan kapitalına çevirək” tarixi çağırışı əsasında aparıldığını bildirdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilin, elmin, mədəniyyətin inkişafına diqqət və qayğı göstərildiyini deyən Baş nazirin müavini həyata keçirilən layihələrin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğuladı. İyulun 21-nin Azərbaycan tarixinə gənclərin intellektual yarışı kimi daxil olacağını deyən İsmət Abasov Olimpiada iştirakçılarına uğurlar arzuladı.

Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Lİ çıxışında Olimpiada iştirakçılarını Odlar Yurdu Azərbaycanda salamlamaqdan məmnun olduğunu vurğuladı. O, Olimpiadanın yüksək səviyyədə təşkilinə görə Moskva Dövlət Universitetinin Bakı filialına və universitetin rektoru, 47-ci Olimpiadanın prezidenti, professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirdi.

Dakvan Li Olimpiadada kifayət qədər maraqlı sualların olacağını dedi. Rəhbər Komitənin sədri yarışmanın ədalətli aparılacağına da diqqəti çəkərək bildirdi: “Yarışma həyatımızın ayrılmaz hissəsidir. Yarışaraq siz həyatınızda irəliləyişə nail ola bilərsiniz. Kimya elmi də yarışma sayəsində inkişaf edir”.

“Azərbaycan ecazkar ölkədir. Neft sənayesi burada yüz il bundan əvvəl fəaliyyətə başlayıb. İlk neft boru kəməri də Bakıda çəkilib. Buna görə də Beynəlxalq Kimya Olimpiadasını keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”, - deyə Dakvan Li qeyd edib.

Daha sonra dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına təbriklərini çatdırıblar.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİÇİ təbrik məktubunda rəhbərlik etdiyi ali təhsil ocağında Beynəlxalq Kimya Olimpiadasının 3 dəfə təşkil olunduğunu diqqətə çatdırıb. “Bu il Olimpiada ilk dəfə olaraq Azərbaycan Respublikasının paytaxtı gözəl Bakı şəhərində keçirilir. Bizim Universitet yenə də bu tədbirdə yaxından iştirak edir. Ona görə ki, tədbirin ev sahibi MDU-nun Bakı filialıdır”, - deyə akademik vurğulayıb.

1992-ci ilin kimya üzrə Nobel mükafatçısı Rudolf Artur MARKUS videomüraciətində Beynəlxalq Kimya Olimpiadasının müxtəlif mədəniyyətlərlə tanış olmaq və kimya haqqında daha çox bilik əldə etmək üçün gözəl bir fürsət olduğunu deyib. “Dəfələrlə səfər etdiyim Bakı, sözsüz ki, çox füsunkar, tarixi keçmişi və əhalisinin səmimiliyi ilə tanınan bir şəhərdir”, - deyə Nobel mükafatçısı vurğulayıb.

Kimya üzrə 1999-cu ilin Nobel mükafatı laureatı, professor Əhməd ZEVAYL Olimpiadanın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. “Beynəlxalq Kimya Olimpiadası parlaq zəkaya malik gənclərlə birlikdə kimyanın gözəlliyini və zənginliyini bayram etmək üçün nüfuzlu bir yarışmadır. Onlar dünyanın müxtəlif ölkələrindən həmyaşıdları ilə intellektual birliyə daxil olaraq gələcəyin elmi ictimaiyyətini formalaşdırırlar. Əminəm ki, siz Bakını özünüz üçün füsunkar bir şəhər kimi kəşf edəcək və Azərbaycan xalqının qonaqpərvərliyindən zövq alacaqsınız”, - deyə təbrikdə vurğulanır.

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi ZADƏ də bu möhtəşəm bilik yarışmasında məktəblilərə müraciət edib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirdiyini diqqətə çatdıran alim 47-ci Beynəlxalq Kimya Olimpiadasının bu ölkədə keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişaf və nailiyyətlərinin mühüm göstəricisi olduğunu bildirib.

“Bu Olimpiadanın Bakıda keçirilməsi heç də təəccüblü deyil, çünki Bakı elm və təhsilə böyük qayğı göstərən, çox sürətlə inkişaf edən şəhərdir”, - deyə Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald SAQDEYEV tədbir iştirakçılarına videomüraciətində qeyd edib. O vurğulayıb ki, bəşəriyyətin gələcəyi gənc tədqiqatçıların kimya elminin insan həyatına, sənayeyə, ətraf mühitə təsiri məsələlərinə necə yanaşmasından asılı olacaq.

Tədbirdə gənc tarzən Cavanşir Rüstəmbəyli, xalq artisti Azər Zeynalov, müğənni Aqşin Abdullayev, eləcə də istedadlı gənclərin ifasında Azərbaycan musiqisi və mahnıları təqdim olunub. Mərasimdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət kamera orkestri, Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, habelə rəqs kollektivləri çıxış ediblər.

İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Elm və tədris bazasını durmadan gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.

47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən qəbul edilib. 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimində müsabiqənin bayrağı Azərbaycana - 47-ci Olimpiadanın təşkilatçısı olan Moskva Dövlət Universitetinin Bakı filialına verilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququ qazanan ikinci ölkədir.

Hazırda Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyinin və 160 nömrəli klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildir. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.

47-ci Olimpiada Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik “Katalayzer” jurnalı dərc edilir.

Qeyd edək ki, ilk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çexoslovakiya Respublikasının (indiki Çex Respublikası) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan 18 şagirdin iştirakı ilə keçirilmiş bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artıb. 1998-ci ildə Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri yarışıblar.

Bu böyük elmi müsabiqədə universitetlərdə təhsil almayan və yaşı 20-ni keçməyən gənclər biliklərini sınayırlar. Olimpiada iştirakçıları iki müsabiqədən - nəzəri və praktiki (laboratoriya) imtahandan keçirlər. Müxtəlif günlərdə baş tutan hər imtahana 5 saat vaxt ayrılır. Nəzəri imtahan maksimum 60 bal, laboratoriya işləri ən çoxu 40 bal ilə qiymətləndirilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Beynəlxalq Kimya Olimpiadasının qaydalarına görə, hər ölkənin komandasına 2 müəllim və 4 iştirakçı daxildir.

Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub