Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilmişdir

Bakı, 29 iyun (AZƏRTAC). Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, sessiyanın ikinci iş günü siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası işə başlamışdır.

İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra Finlandiya parlamentinin deputatı Pia Kauma hazırladığı qətnamə layihəsinə dair məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, layihədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanır. Həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin, bu cür təhlükələrin qarşısının alınmasının zəruriliyi qeyd edilir. Bundan əlavə, münaqişə regionlarında hər il çoxlu sayda insanın qətlə yetirilməsinə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış səsləndirilir.    

Məruzə dinlənildikdən sonra müzakirələr aparılmışdır.

Çıxış edən Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova regiondakı hərbi və siyasi problemlərin qətnamə layihəsində öz əksini tapdığını bildirmişdir. Bahar Muradova ölkələrin regionlarında keçirilən referendumlarla bağlı fikirlərini bildirmişdir. O, demişdir: “Burada iştirak edənlər hər hansı ölkənin bir regionunda keçirilən referendumların həmin ölkənin konstitusiyası ilə uyğun gəlib-gəlməməsi məsələsinə ciddi diqqət yetirməli və bu barədə qanunların aliliyini rəhbər tutmalıdır. Hesab edirəm ki, bu bənd hamı tərəfindən dəstəklənəcəkdir. Çünki regionda baş verən hadisələr, həmçinin bu gün burada səsləndirilən fikirlər bu bəndin qətnamə layihəsinə əlavə olunmasını zəruri edir”.

Bahar Muradova bildirmişdir ki, 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ problemi məhz bu regionda qeyri-qanuni keçirilən “referendum” və bir neçə dəfə qeyri-qanuni keçirilən “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat buradakı çıxışında Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görür. “Dağlıq Qarabağ xalqı” deyilən bir məhfum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumununa görə narahatlıq hissi keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının girovuna çevrilmişlər. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, xüsusilə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının tribunasından, eləcə də ATƏT Parlament Assambleyasının plenar iclasının açılışında söylədiyi həqiqətləri eşitmək istəmir. Lakin həqiqət qəbul edilməlidir.

Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq demişdir “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.

Müzakirələrdə iştirak edənlər qətnamə layihəsi ilə bağlı fikirlərini bölüşmüş, müəyyən düzəlişlərin olunmasını təklif etmişlər.

X X X

 

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında britaniyalı məruzəçi Roger Viliamsın müəllifi olduğu qətnamə layihəsi müzakirə edilmişdir.

R.Viliams çıxışında bəzi ölkələrin sabitliyinin və təhlükəsizliyinin iqtisadi çətinliklər ucbatından təhlükə altına düşə biləcəyini söyləmişdir. O, Avropanın bir sıra dövlətlərində bu məsələ ilə bağlı vəziyyətin hələ də çətin olaraq qaldığını bildirmişdir. İnfrastruktur layihələrinə investisiyaların qoyulmasının yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd edən məruzəçi ətraf mühitlə bağlı məsələlərin həllində birgə əməkdaşlığın önəmini vurğulamışdır.

R.Viliams elmi tədqiqatların texnoloji sahələrdə tətbiq olunmasının əhəmiyyətini, həmçinin gender bərabərliyinin təmini, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində daha çox iş görülməsinin zəruriliyini qeyd etmişdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret işlər gördüyünü bildirmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verdiyini söyləyən E.İbrahimov ölkəmizdə aparılan aqrar islahatların davamlı inkişaf üçün əlverişli şərait yaratdığını diqqətə çatdırmışdır. Azərbaycanda ərzaq təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan E.İbrahimov son on ildə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, xüsusilə iqtisadi tərəqqidən danışmışdır.

Portuqaliyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü xanım Nilza Sena iqtisadiyyat, ətraf mühitlə bağlı problemlərin həllində, beynəlxalq təhlükəsizliyin təminində ATƏT-in rolunu qeyd etmişdir.

Sonra Avrasiya məkanında inteqrasiya prosesləri, ATƏT-in dialoq üçün əlverişli məkan kimi rolu, təşkilatın qeyri-qanuni miqrasiya ilə mübarizədə BMT və Avropa Şurası ilə birgə əməkdaşlığı, qlobal istiləşmənin qarşısının alınması üçün görülən işlər, iqtisadi artımın, eləcə də sabitliyin təminində təhsilin önəmi barədə müzakirələr aparılmışdır.

X X X

Sonra demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası keçirilmişdir.

İclası açan komitənin sədri, portuqaliyalı deputat İsabel Santos gündəlik barədə məlumat vermişdir.

Serbiya parlamentinin deputatı Qordina Komiç müzakirə olunacaq qətnamə layihəsi ilə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, qətnamənin qəbul edilməsi “Helsinki+40” prosesinin daha səmərəli işləməsi baxımından önəmlidir.

Sonra qətnamə layihəsi ilə bağlı müzakirələr aparılmışdır.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, insanların öz ölkələrində təhlükəsiz şəraitdə yaşamaları çox önəmlidir. Artıq uzun illərdir ki, biz bu məsələləri müzakirə edirik. Həm bir ölkədən digər ölkəyə gedən, həm də öz ölkəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan miqrantlarla bağlı məsələlər ATƏT-də bir neçə dəfə müzakirə olunmuşdur. Bu gün bu məsələnin bir daha müzakirəyə çıxarılması çox önəmlidir. On ildən artıqdır ki, müzakirə edilsə də, indiyədək Avropa, ATƏT məkanında bu məsələnin öz həllini tapmaması təəssüf doğurur.

Rəbiyyət Aslanova bildirmişdir ki, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan öz ərazisinin 20 faizini işğal edən ermənilərin həmin torpaqlardan çıxarılması üçün dəfələrlə müraciətlər etmişdir. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca ölkədə miqrant problemi həll olunmayacaqdır. Əgər təhlükəsizliyin təmini istiqamətdə heç bir addım atılmayacaqsa necə deyə bilərik ki, biz Helsinki sənədlərinə sadiqliyimizi sübut edirik?! Əgər Avropadakı, dünyadakı miqrantlar haqqında danışırıqsa, Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən də danışılmalıdır.

Müzakirələrdə qətnamə layihəsi ilə bağlı çıxış edənlər təklif və qeydlərini səsləndirmişlər.

X X X

Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirilmişdir.

ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən danışmışdır. O, quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır. Hazırda ekstremizmin nəzarətdən çıxdığını bildirən ATƏT Parlament Assambleyasının prezidenti bu problemin aradan qaldırılması üçün qarşılıqlı etibar və anlaşmanın, dialoqun vacibliyini qeyd etmişdir.

Ranko Krivokapiç bildirmişdir ki, Avropada hökm sürən iqtisadi böhran regionun inkişafına da ciddi təsir edir. Cəmiyyətdə sabitlik pozulduqda ekstremizm halları güclənə bilər. Məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının bütün fəaliyyət sahələrinə mənfi təsir göstərir. Bu problemlə mübarizədə təbii ki, təhsil, əhalinin maarifləndirilməsi də çox önəmli rol oynayır. O, həmçinin vurğulamışdır ki, tolerantlıq, dözümlülük hər bir ölkə, hər bir cəmiyyət üçün sabitlik, mehriban birgəyaşayış baxımından çox vacibdir.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, türkiyəli deputat Emin Önəm və başqaları çıxış edərək ekstremizm və radikalizimin qlobal şəkildə ciddi bir problem olduğunu söyləmişlər. ATƏT-ə daxil olan ölkələrin ekstremizm və ksenofobiyaya qarşı mübarizə ilə bağlı bir çox sənədlər qəbul etmələrinə baxmayaraq, bu bəlanın qarşısının alınmasında çətinliklərin olduğu diqqətə çatdırılmışdır. Həmçinin ksenofobiya və ekstremizimə qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları tərəfindən görülən işlərə dəstəyin artırılmasının, bu istiqamətdə ATƏT-ə üzv ölkələrin əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Çıxış edənlər Azərbaycandakı mövcud tolerantlığın dünya dövlətləri üçün nümunə olduğunu söyləmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir