Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. MDB dövlətlərinin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Məşvərət Şurasının Əsasnaməsinə uyğun olaraq Şuraya sədrlik ev sahibliyi edən tərəfin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, həmsədrlik isə əvvəlki iclasa sədrlik edən və gələcək iclasın sədri olacaq nazirlər tərəfindən həyata keçirilir.

İclasın açılışında Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb.

Sahil Babayev bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfə, orta əməkhaqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə azalıb. Cari il ərzində minimum əməkhaqqının 93 faiz, minimum pensiyanın 72 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi.

Nazir Prezident İlham Əliyevin fərmanları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb. O bildirib ki, yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir. 9 may 2019-cu ildə ilk DOST mərkəzinin açılışı olub. 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93 faizi keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır.

Sahil Babayev ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər. “Məşğulluq” altsistemi isə işsiz və işaxtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabrın axırlarında Məşğulluq altsistemi tam istifadəyə veriləcək.

“Pensiyaçının dostu” proqramı barədə məlumat verən nazir 2019-cu il yanvarın 1-də ölkədə ilk elektron pensiya təyinatı başlanıldığını və indiyə qədər 14 mindən çox vətəndaşa elektron qaydada pensiya təyin edildiyini deyib. Diqqətə çatdırılıb ki, nazirliyin elektron informasiya sistemləri aparıcı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına, sosial yardım (VEMTAS) və əlilliyin qiymətləndirilməsi (TSERAS) üzrə e-sistemlər isə Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafatlara layiq görülüb.

Sahil Babayev Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verərək bildirib ki, ölkəmizdə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə həmin proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir bildirib ki, görülən tədbirlər nəticəsində bu il oktyabrın 1-nə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5 faiz, bu sektorda əməkhaqqı fondu isə 33,4 faiz artıb.

Nazir ötən müddətdə MDB Məşvərət Şurası çərçivəsində çox işlər görüldüyünü qeyd edərək bildirib ki, bununla belə sazişlərin əksəriyyətinin qəbulundan xeyli müddət keçib, xarici şərtlər, sosial-iqtisadi vəziyyət və ən əsası, MDB dövlətlərinin hər birinin normativ bazası dəyişib. Ona görə də ödəniş və əməyin mühafizəsi, işçi qüvvəsinin yerdəyişməsi və keyfiyyətinin artırılması, inklüziv məşğulluq, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, digər müvafiq mövzularda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərini nəzərdən keçirmək lazımdır.

Sahil Babayev bu görüşün MDB ölkələrinin sosial rifahının artması naminə Məşvərət Şurasının inkişafına yeni təkan verəcəyinə əmin olduğunu bildirib.

İclasın açılışında, həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin Regional məsələlər komitəsinin və MDB Parlament Assambleyası Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının Əmək və Sosial Müdafiəsi nazirinin birinci müavini Andrey Loboviç çıxış ediblər.

İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub