MƏDƏNİYYƏT
Bakıdakı Rus evində “Şəhərin kölgəsi” ədəbi-musiqili axşam keçirilib
Bakı, 23 noyabr, Tatyana İvanayeva, AZƏRTAC
Noyabrın 22-də Bakıdakı Rus evində jurnalist, yazısı və dramaturq Anara Axundovanın eyniadlı kitabını təqdim etdiyi Şəhərin kölgəsi” ədəbi-musiqili axşam keçirilib. Tədbirdə, həmçinin fəxri qonaq qismində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Firuz Məmmədov çıxış edib.
AZƏRTAC xəbər verir ki, tədbirin qonaqları yeni kitabdan hekayələrə qulaq asıblar. Anara Axundovanın bir çox tədbirlərində olduğu kimi, burada da ədəbi əsərlərin qiraəti royalda ifa edilən musiqi ilə müşayiət olunub. İlmira Odinayevanın ifasında seçilmiş musiqi miniatürləri tədbirə rahatladıcı “notlar” qatıb, hekayələrlə səsləşən ab-hava yaradıb.
“Şəhərin kölgəsi” qısa hekayələrin toplusudur və bəhs edilməmiş şəhər mövzularını, uşaqlıq illərini, müəllifin nostalgiya dolu xatirələrini birləşdirir. Kitaba müxtəlif illərdə və fərqli ölkələrdə qələmə alınmış 33 hekayə daxildir. Müəllif bu kitabı öz nənəsi - balerina, Azərbaycan Opera və Balet Teatrının artisti Elmira Vəliyevanın xatirəsinə həsr edib.
Tədbirin qonaqları, həmçinin İlmira Odinayevanın fırçasından çıxmış rəsmlərin kolleksiyası ilə tanış olublar. Ekspozisiya məxsusi olaraq bu ədəbi-musiqili axşam üçün seçilib və onun tərkibinə istedadlı və hərtərəfli artistin müxtəlif həyatında baş verən mühüm hadisələrlə bağlı müxtəlif illərdə çəkilmiş əsərlər daxil edilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Firuz Məmmədovun çıxışı tədbirin əsl sürprizi olub. O, sonda bütün bakılıların ən sevimli musiqi əsərlərindən biri olan Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib. Tamaşaçılar solistin ifasını sürəkli alqışlarla qarşılayıblar.