CƏMİYYƏT
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
Bakı, 16 aprel, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Həsən bəy Zərdabi küçəsi, Qələbə dairəsi istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
16. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;
17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
18. Zərifə Əliyeva küçəsində;
19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.