RƏSMİ XRONİKA
BALAKƏN YEM İSTEHSALI ZAVODU DA KOMPYUTERLƏR VASİTƏSİLƏ İDARƏ OLUNUR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Balakən yem istehsalı zavodu istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
“Azəryemsənaye” MMC-nin bu zavodun tikintisinə 2007-ci ilin mayında başlanmışdır. Türkiyənin “Azəryem” müəssisəsinin sərmayəsi hesabına həyata keçirilmiş tikinti işlərinə 2,3 milyon manat sərf olunmuşdur. 9 hektar sahədə yerləşən zavod qarğıdalı emalı və mal-qaraya yem istehsalı üçün nəzərdə tutulmuşdur. Türkiyədə istehsal olunmuş avadanlığın quraşdırıldığı zavodda istehsal və emal prosesi tam kompyuterləşdirilmişdir, müəssisədə 60 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev müəssisənin ayrı-ayrı sexlərini gəzdi, müvafiq tapşırıqlarını verdi.
X X X
Bununla da Prezident İlham Əliyevin Balakən rayonuna səfəri başa çatdı.
######